Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » SSRİ dövründən qalan əmanətlərin geri qaytarılmasına start verildi

SSRİ dövründən qalan əmanətlərin geri qaytarılmasına start verildi

Azərbaycan Prezidenti İlham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb.
AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, fərmanda qeyd olunur ki, 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində bu Fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq fərdi birdəfəlik ödəmələr verilsin. “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Fərmanla müəyyən edilsin ki, əmanətçilərə fərdi birdəfəlik ödəmələrin (bundan sonra – birdəfəlik ödəmələr) verilməsi 2012-ci ilin iyun ayından başlayır və 2013-cü il 31 dekabr tarixinədək başa çatdırılır; keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının hüquqi varisi olan “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilir.
Nazirlər Kabinetinə 15 gün müddətində: birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nəzdində aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə həmin ödəmələrin verilməsi başa çatanadək fəaliyyətdə olacaq Xüsusi Komissiyanın (bundan sonra – Xüsusi Komissiya) yaradılmasını təmin etmək; Xüsusi Komissiyanın fəaliyyət qaydasını təsdiq etmək; birdəfəlik ödəmələrin verilməsi və bu ödəmələrin verilməsi işinin təşkil edilməsi üçün dövlət büdcəsindən müvafiq vəsaitlərin ayrılması məsələlərini və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Maliyyə Nazirliyinə isə birdəfəlik ödəmələrin dövlət büdcəsindən maliyyələşdirilməsini “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin sifarişləri, habelə Xüsusi Komissiyanın rəyi əsasında həyata keçirmək; birdəfəlik ödəmələrin verilməsi zamanı əmanətçilərin müraciətləri ilə bağlı operativ tədbirlər görülməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində qaynar xətt yaradılmasını təmin etmək; birdəfəlik ödəmələrin verilməsi vəziyyətinə dair məlumatların mütəmadi olaraq kütləvi informasiya vasitələrində yerləşdirilməsini təmin etmək tapşırılıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*