Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » “Sovetski” sakinlərinə xəbərdarlıq edildi

“Sovetski” sakinlərinə xəbərdarlıq edildi

Yasamal Rayon İcra Hakimiyyətindən “Sovetski” sakinlərinə xəbərdarlıq edilib. AgahMedia.Com informasiya portalının məlumatına görə, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal RİH nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov ANS PRESS-ə açıqlamasında bir neçə gün öncə “Sovetski” sakinlərini aşağı qiymətlə ev tikməklə aldadan tikinti şirkətindən söhbət açaraq, bildirib ki, həmin tikinti şirkətinin əməkdaşları insanları aladaraq pullarını əllərindən almaq istəyiblər:

“Hüquq mühafizə oraqanlarının səyi nəticəsində “Sovetski”də ikinci “Muray” hadisələrinin baş verməsinin qarşısı alındı.İnsanların mənzil şəraitlərinin yaxşılaşaması üçün gözəl şans yaranıb. Amma onları aldatmağa çalışdılar. Gələcəkdə də belə bir şirkətlər meydana çıxarsa sakinlər ilk növbədə Yasamal Rayon İcra Hakimiyətinə gəlsinlər. Onlar bilmədən gedib kimsə ilə müqavilə bağlamamalıdırlar. Sonra aldadılmış vəziyyətə düşməmək üçün belə hallara yol verməmək lazımdır”.

Qeyd edək ki, bir neçə gün öncə Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi “DES” MMC-nin vəzifəli şəxslərinin mənzil tikintisi adı altında yol verilən dələduzluq faktına görə saxlanılması ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilib ki, Bakı şəhər sakini Asəf Hacı İsmayılov və qeyriləri tərəfindən təsis edilmiş “DES” MMC-nin vəzifəli şəxsləri “Köhnə bakılılara yeni ev” şüarı altında sayt yaradıb. Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək üçün guya paytaxtın mərkəzi prospektlərindən birində çoxmərtəbəli bina tikəcəkləri barədə həmin saytda və digər kütləvi informasiya vasitələrində reallıqdan uzaq elanlar, reklam xarakterli informasiyalar yerləşdiriblər.

Araşdırmalar zamanı cəmiyyətin sözügedən fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilib. Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb. Adıçəkilən şirkətin vəzifəli şəxsləri – Asəf Hacı-İsmayılov, Nazim Səmədov və Orxan Fərhadov şübhəli şəxs qismində tutulublar.

Tutulan şəxslərin ifadələrindən və digər sənədlərdən də göründüyü kimi, onlar inşa edəcəkləri, ümumi dəyəri 17.000.000 manatdan çox olan 16 mərtəbəli, 9 bloklu və 810 mənzilli binada həmin mənzillərin hər kvadratmetrini sakinlərə guya 380 manata satmağı nəzərdə tutublar.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*