Home » Şou biznes və Mədəniyyət, Ümumi » Şou-biznes nümayəndələri gözəllik müsabiqəsində…

Şou-biznes nümayəndələri gözəllik müsabiqəsində…

Azərbaycanda ilk dəfə olaraq yerli şou-biznes nümayəndələrinin iştirak edəcəyi gözəllik müsabiqəsi keçiriləcək.

“Miss Star Azerbaijan” adlı bu müsabiqənin rəhbəri və quruluşçu rejissoru Nail Naiboğludur. AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, müsabiqə iyun ayının sonunda başlayacaq.
Nail Naiboğlu bildirib ki, müsabiqəyə hazırlıq işləri ilin əvvəlindən başlayıb və artıq yekunlaşıb. “Miss Star Azerbaijan”da müğənnilər, aktrisalar və rəqqasələr iştirak edəcək.Müsabiqənin münsiflər heyəti qismində isə yerli şou-biznesin kişi müğənniləri iştirak edəcək. Müsabiqənin digər maraqlı tərəfi isə xanımların bir çox libaslarda yarışması olacaq. Şərtlərə əsasən müğənnilər həmçinin çimərlik geyimlərində də səhnəyə çıxacaqlar.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*