Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Sosial evlərin təhvil veriləcəyi vaxt məlum oldu

Sosial evlərin təhvil veriləcəyi vaxt məlum oldu

2017-ci ildə büdcə xərclərinin azaldılması sosial evlərin inşasına təsir etməyəcək. AgahMedia.Com informasiya portalının Fins.az resursuna istinadən məlumatına görə, bu barədə danışan Mənzil İnşaatı Dövlət Agentliyinin sədri Samir Nuriyev bildirib ki, ilk evlərin tikintisi 2 il sonra başa çatdırılaraq təhvil veriləcək: “Yasamal yaşayış kompleksinin layihə smeta sənədləri tam hazırdır. Sənədlər Dövlət ekspertizasının keçirilməsi üçün təqdim olunub. Ekspertiza öz rəyini verdikdən sonra, çox güman ki, 2 ay ərzində layihəyə start veriləcək.”

S.Nuriyev yaxın gələcəkdə güzəştli kateqoriyadan olan şəxslərin siyahısına digər vətəndaşların da aid ediləcəyini istisna etməyib:
“Həm sosial ipoteka, həm də sosial mənzilləri alacaq insanların kateqoriyaları müəyyən edilib. Gələcəkdə təkliflər olarsa, həmin siyahının genişləndirilməsinə də baxıla bilər.”

Xatırladaq ki, Agentlik aşağıdakı kateqoriyalaradan olan şəxslərə güzəştli mənzil veriləcəyini açıqlayıb:

Gənc ailələrin üzvü olan şəxslər;

Şəhid ailələrinin üzvləri;

Milli qəhrəmanlar (özü, əri və ya arvadı,övladları);

Məcburi köşkün və ona bərabər tutulan şəxslər;

Ən azı 3 il dövlət qulluğunda xidmət edən;

 Ən azı 5 il dövlət məktəblərində müəllim işləyən;

Fəlsəfə doktoru elmi dərəcəsi olan;

İdman sahəsində xüsusi xidmətləri olan şəxslər;

 Ailə vəziyyətindən asılı olmayaraq bu şəxslər də güzəştli mənzil ala biləcəklər:

Elmlər doktorları;

Ən azı 15 il dövlət qulluğunda işləyənlər;

Ən azı 3 il hərbi xidmətdə olanlar;

Ən azı 3 il Daxili İşlər Orqanlarında xidmət keçən və xüsusi rütbəsi olanlar.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*