Home » Sosial, Ümumi » Soros Fondu jurnalistlər üçün müsabiqəyə start verdi

Soros Fondu jurnalistlər üçün müsabiqəyə start verdi

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu – Soros Fondu 2011-ci il “Media və ictimai vəsaitlərin şəffaflığı” layihəsi çərçivəsində jurnalist müsabiqəsi elan edir. AgahMedia.Com portalının “Media forum”a istinadən məlumatına görə, müsabiqədə iqtisadiyyat (ictimai vəsaitlərin istifadəsində hesabatlılıq, şəffaflıq və səmərəlilik) sahəsində təcrübəsi olan peşəkar yazarlar, o cümlədən adıçəkilən sahəyə marağı olan və özünü sınamaq istəyən jurnalistlər iştirak edə bilərlər.
Araşdırmalar iki mərhələli qiymətləndirmə sistemi ilə seçiləcək. İlk mərhələdə seçilmiş mövzular üzrə konsepsiya təqdim edilməli və yalnız birinci mərhələdə uğurlu olan konsepsiya müəllifləri ikinci mərhələdə araşdırma yazısı hazırlamalıdırlar.
Araşdırma mövzularının seçimində təklif olunan məsələlərin sosial-iqtisadi aktuallığı, hazırkı dövr üçün ictimai əhəmiyyəti, həmçinin təklif olunan araşdırma
istiqamətləri üzrə xərclənən ictimai vəsaitlərin həcmi kimi meyarlar əsas götürülür və aşağıdakı araşdırma istiqamətləri təklif olunur:

1) “Ekologiya ili” layihəsinə hökumətin xərclədiyi vəsaitlərlə bağlı araşdırma;

2) Ölkənin regionlarının içməli su təchizatı və kanalizasiya sisteminin qurulması layihələrinə dövlət büdcəsi və hökumət zəmanətilə alınan kreditlər hesabına sərf olunan vəsaitlərin araşdırılması;
3) Kənd yollarının çəkilməsinə sərf olunan büdcə vəsaitləri ilə bağlı araşdırma;
4) Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına sərf olunacaq xərclərlə bağlı araşdırma;
5) “Avroviziya” müsabiqəsinin təşkili ilə bağlı xərcləmələrə dair araşdırma;
6) İctimai vəsaitlər hesabına əvvəlki illərdə inşa olunan sosial və infrastruktur təyinatlı obyektlərin (olimpiya-idman komplekslərinin, hava limanlarının, müalicə-diaqnostika mərkəzlərinin) fəaliyyətinin araşdırılması;
7) Jurnalistlərin yuxarıda təqdim olunan meyarlara uyğun gələn ictimai vəsaitlərin istifadəsi ilə bağlı hər hansı sərbəst mövzu üzrə araşdırma.
Konsepsiyalar oktyabrın 20-dək təqdim olunmalı, fnajafova@osi-az.org ünvanına “müsabiqə üçün” başlığı altında və ya H. Əliyev, 117 A ünvanına göndərilməlidir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*