Home » Texno, Ümumi » “Sony” “Google” şirkəti ilə birgə internet-televizorlar yaratdı

“Sony” “Google” şirkəti ilə birgə internet-televizorlar yaratdı

Yaponiyanın elektrotexnika nəhəngi “Sony” Amerikanın “Google” şirkəti ilə birgə dünyada ilk dəfə yüksək dəqiqliyə malik internet-televizorlar yaradıb.

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, korporasiya bəyan edib ki, sözügedən televizorlar “Android” əməliyyat sistemı ilə təchiz olunub. Bu da çoxsaylı programların seçiminə və yığımına, həmçinin, lazımı video təsvirləri almaq üçün dünya şəbəkəsində “üzməyə” geniş imkan verir. Yeni televizorlar 4 modifikasiyada 24-46 düym ekranla buraxılır. Onların idarə olunması klaviatura ilə təchiz edilmiş pultun köməkliyi ilə həyata keçirilir. Həmin televizorlar hələlik yalnız ABŞ-da satışa buraxılacaq. Dünya bazarında ilk 2 yeri Cənubi Koreyalı rəqibi “Samsung” və “LG”-yə uduzmuş “Sony” bu internet sistemini mövqelərini möhkəmlətmək özünün strateji planının tərkib hissəsi sayır.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*