Home » Şou biznes və Mədəniyyət, Ümumi » Sezen Aksunun prodüsseri “Sarı gəlin”lə ilgili açıqlama verdi

Sezen Aksunun prodüsseri “Sarı gəlin”lə ilgili açıqlama verdi

Tanınmış Türkiyə müğənnisi Sezen Aksu “Sarı gəlin” mahnısını erməni dilində ifa etməyi planlaşdırmır. AgahMedia.Com portalının məlumatına görə, bu barədə ANS TV-yə müğənninin prodüsseri məlumat verib. Onun sözlərinə görə, Sezen Aksu “Sarı gəlin” mahnısını 2002-ci ildə erməni dilində oxuyub və həmin zaman da bu parça Azərbaycan xalq mahnısı kimi təqdim olunub. Müğənninin prodüseri Onur Selcuk bildirib ki, heç kim internetdən oxuduqlarına inanmasın: “Bu məsələ ilə bağlı hər hansı bir açıqlama olmayıb. Düşünürəm ki, sadəcə bir yalnış xəbərin internetdə dolaşaraq çoxalması istiqamətində yalnış anlaşılma olub”. O. Selcuk deyir ki, belə bir layihə hazırda gündəmdə də yoxdur: “Bilmirəm bu məsələ haradan qaynaqlanıb. Hazırda yeni bir albom da çıxmır. Belə bir mahnı da yoxdur. Bunlar doğru olmayan məlumatlardır. Belə bir şey olsa, Sezen xanımın rəsmi internet saytı var, oranın xəbərlər bölməsində yer alardı. Doğru xəbərləri yalnız oradan ala bilərsiz. Düşünmürəm ki, yaxında yeni bir albom da çıxsın”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*