Home » Şou biznes və Mədəniyyət, Ümumi » Sezen Aksu siqareti təşviq edən səhnələrə görə cərimə olundu

Sezen Aksu siqareti təşviq edən səhnələrə görə cərimə olundu

Türkiyənin məşhur müğənnisi Sezen Aksu “Yak bir sigara” mahnısı üçün çəkdiyi klipə görə cərimə olunub.
AgahMedia.Com portalının “Radio Antenn”ə istinadən məlumatına görə, klipdə siqareti təşviq edən səhnələr səbəbilə RTÜK (Radio Televiziya Üst Kurulu – Radio Televiziya Ali Şurası) 4207 saylı “Tütün məmulatları ilə mübarizə” qanunu 3-cü maddəsinin 6-cı bəndinə görə əvvəl xəbərdarlıq edib. Bu cəza ilə kifayətlənməyən RTÜK daha sonra pul cəriməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, müvafiq maddələrə görə, klip 1 000 (442 manat) ilə 5 000 lirə (2 213 manat), klipi nümayiş etdirən kanal isə 50 000 (22 135 manat) ilə 100 000 lirə (44 270 manat) arasında cərimə olunacaq. Qərar RTÜK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*