Home » Bölgələr, Sosial, Ümumi » Səyyar “ASAN Xidmət” Oğuz, Xırdalan, Saatlı, Naftalan, Siyəzən, Cəlilabad, Ucar və Salyanda…

Səyyar “ASAN Xidmət” Oğuz, Xırdalan, Saatlı, Naftalan, Siyəzən, Cəlilabad, Ucar və Salyanda…

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_ASAN_Xidmet_Logosu

AgahMedia.Com informasiya portalının “ASAN Xidmət”dən aldığı məlumata görə, səyyar “ASAN Xidmət” 5-17 mart tarixində Oğuzda, 5-19 mart tarixində Xırdalan, Saatlı, Naftalan, Siyəzən, Cəlilabad, Ucar və Salyanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Bundan başqa, səyyar avtobuslar 28 fevral – 19 mart tarixində Beyləqanda, 3-17 mart tarixində Sabunçu rayonunun Maştağa qəsəbəsində vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar “ASAN Xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*