Home » Siyasət, Ümumi » Seçki protokolları Konstitusiya Məhkəməsinə göndərildi

Seçki protokolları Konstitusiya Məhkəməsinə göndərildi

Mərkəzi Seçki Komissiyasının noyabrın 22-də keçirilən iclasında 7 noyabr parlament seçkisinin ümumi yekunlarına dair protokol təsdiqlənib və sənədlərin Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edilib.

AgahMedia.Com portalının “Mediaforum”-a istinadən məlumatına görə,Müsavat Partiyasının MSK-dakı nümayəndəsi Gülağa Aslanlı yekun protokolu imzalamayıb və qərarın əleyhinə səs verib. Ümid Partiyasının nümayəndəsi Akif Qurbanov isə bitərəf qalıb.
7 noyabr parlament seçkisinin rəsmi nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyasının namizədləri 72, bitərəf namizədlər 41 mandat qazanıb. Qalan 12 yeri Vətəndaş Həmrəyliyi (3 mandat), Ana Vətən (2 mandat), Ümid (1 mandat), Bütöv Azərbaycan Xalq Cəbhəsi (1 mandat), Demokratik İslahatlar (1 mandat), Böyük Quruluş (1 mandat), Ədalət (1 mandat), Vətəndaş Birliyi (1 mandat) və Sosial Rifah (1 mandat) partiyaları bölüşüb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*