Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Təhsil sektoru, Ümumi » Bazarlarda saxta və keyfiyyətsiz məktəbli geyimləri “at oynadır”…

Bazarlarda saxta və keyfiyyətsiz məktəbli geyimləri “at oynadır”…

AgahMedia.Com informasiya portalının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən aldığı məlumatda bildirilir ki, adıçəkilən Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən məktəb yaşlı uşaqlar üçün tikilən üst geyimlərinin – məktəbli formalarının standartların tələblərinə uyğun olmadığı, əmtəə nişanının saxtalaşdırılaraq istifadəsi barədə şikayət araşdırılıb. Müəyyən olunub ki, “Binə”, “Sədərək” ticarət mərkəzlərində, Əhmədli qəsəbəsində yerləşən ticarət mərkəzində, 8-ci km. qəsəbəsində yerləşən bazar, həmçinin Şəki, Oğuz, Göyçay şəhərlərinin geyim satış məntəqələrində mənşəyi bilinməyən, başqasına məxsus əmtəə nişanını özününküləşdirərək, keyfiyyətsiz məktəbli geyimləri satılır.

“Binə” və “Sədərək” ticarət mərkəzlərindəki satış məntəqələrindən götürülmüş nümunələr Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yüngül sənaye məhsullarının sınağı laboratoriyasına təqdim olunub.

“Laborator müayinələrin nəticəsində müəyyən olunub ki, məktəbli formaların üzlük və içlik parçaları mövcud normativ sənədlərin tələblərinə uyğun deyil. Belə ki, normativ sənədlərə əsasən içlik parçanın tərkibində kimyəvi liflərin (sintetikanın) miqdarının 50%-dən və üzlük parçanın tərkibində kimyəvi liflərin (sintetikanın) miqdarının 67%-dən çox olmaması nəzərdə tutulmasına baxmayaraq, sınaqların nəticələrinə görə kimyəvi liflərin (sintetikanın) miqdarı müvafiq olaraq 98,9% və 93,7% olub.

Satışdakı mənşəyi bilinməyən bütün məhsulların üzərində “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” əmtəə nişanından qeyri-qanuni istifadə olunduğu aşkar olunub.
Hazırda araşdırmanın nəticələri əsasında qanunvericiliyə uyğun tədbirlər görülür.”

Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası standart (ГОСТ 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələblərinə uyğun istehsal edilir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*