Home » Maraqlı, Ümumi » Satışa klonlaşdırılmış mal əti çıxarıldı

Satışa klonlaşdırılmış mal əti çıxarıldı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Klonlaşdırılmış inəyin balasının ətinin Britaniyada satılması barədə xəbər təsdiq olunub.

Ərzaq Standartları Agentliyi deyib ki, Amerikada klonlaşdırılmış inəyin iki erkək balasının ətinin supermarketlərdən birində satışa çıxarılmasını müəyyən edib. Klonlaşdırılmış mal-qaranın əti və südü üzərində aparılmış bir neçə tədqiqat göstərib ki, nutrientlər baxımından onların tərkibi normal heyvanlarınkından fərqlənmir. Lakin Avropa ərzaq təhlükəsizliyi agentlikləri hesab edirlər ki, araşdırmalar kifayət qədər irimiqyaslı olmayıb. Bu baş verənə qədər isə klonlardan istehsal olunmuş ərzağı satmaq üçün ərzaq standartları agentliyindən xüsusi razılıq almaq lazımdır. Britaniyada bir fermer klon inəyin balasının südünü satdığını etiraf edəndən sonra Ərzaq Standartları Agentliyi araşdırmaya başladı. Həmin tədqiqat hələ də davam edir. Düzdür Britaniya süd məhsulları qurumu belə bir südün satışda olmadığına əminlik ifadə edib. Lakin ötən gecə agentlik elan edib ki, Amerika klonu olan inəyin iki öküz balasının əti satışa çıxarılıb və onlardan birinin əti insan tərəfindən yeyilib. Amerika biotexnologiya şirkətləri daha çox ət və süd verən mal-qaranın klonlaşdırılması ilə məşğul olurlar. Bu sənaye ABŞ-da genişləndikcə, ərzaq təhlükəsizliyi orqanlarına belə heyvanların balalarının Avropadakı fermerlərə satılmasına nəzarət etmək çətin olacaq.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*