Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Ümumi » Samuxda sahibkarlara güzəştli kreditlər verildi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Samuxda sahibkarlara güzəştli kreditlər verildi

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və sahibkarların maarifləndirilməsinə yönəldilmiş tədbirləri davam etdirir.

Mayın 27-də Sahibkarlığa Kömək Milli Fondu “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Samux rayonunda keçirmişdir. AgahMedia.Com portalının Sahibkarlığa Kömək Milli Fondundan aldığı məlumata görə, tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 240-a yaxın sahibkar iştirak etmişdir.Tədbirdən əvvəl Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri Fondun güzəştli kreditləri hesabına “Azrus-Dostluq”ASC tərəfindən inşa olunmuş istixana şəraitində tərəvəz məhsullarının istehsalı sahəsi və “Ruzi Toxumçuluq” MMC-nin heyvandarlıq kompleksinin fəaliyyəti ilə tanış olmuşlar.Sonra Samux rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri öz işinə başlamışdır.Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev regionların inkişafında dövlət proqramlarının xüsusi rolunu qeyd etmiş, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Samuxda görülmüş işlər barədə məlumat vermişdir.İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinə dair təqdimatla çıxış edərək, ölkə rəhbərliyi tərəfindən özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərildiyini, regionlarda istehsal, emal və yeni infrastruktur sahələrinin yaradılmasında sahibkarların rolunu vurğulamışdır. Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov sahibkarların inkişafında maarifləndirmənin rolu və bu sahədə görüləcək tədbirlər barədə məlumat vermişdir. Sonra Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması mövzusunda təqdimatla çıxış etmişdir.Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.Tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin verilməsi mexanizmi ilə bağlı sahibkarlar üçün treninq keçirilmişdir. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilmiş, sahibkarları maraqlandıran suallar cavablandırılmış, sahibkarlara güzəştli kreditlərin alınması proseduru və Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, investisiya layihələrinin hazırlanması ilə bağlı materiallar təqdim edilmişdir.Tədbir zamanı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə Samux və ətraf rayonlarda fəaliyyət göstərən 25sahibkarlıq subyektinə 388 min manat məbləğində güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına 51 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*