Home » Texno, Ümumi » Samsung Galaxy smartfonlarında casus proqramı aşkarlandı

Samsung Galaxy smartfonlarında casus proqramı aşkarlandı

AgahMedia.Com informasiya portalının İ TV-yə istinadən məlumatına görə, Samsung mobil telefonlarında istifadəçinin zəngləri sms-ləri və digər şəxsi məlumatlarını serverə ötürən xüsusi casus proqramı aşkarlanıb. Bu proqram istifadəçinin yeri barədə serveri məlumatlandırır. Qeyd edək ki, bir müddət əvvəl Android bazasında hazırlanan telefonlarda həmçinin Nokia və BlackBerry smartfonlarında Carrier IQ casus proqramı olduğu bilinib. Google Android və smartfonların istehsalçıları məsələyə aidiyyəti olmadıqlarını açıqlayıb. “Samsung Electronics” in nümayəndəsi bunu smartfonların ixtiraçılarının adi bir səhvi adlandırıb. Belə ki, Samsung Galaxy S smartfonlarında rəqəmsal kamera üçün qurulan proqram, telefonun qırxdan artıq funksiyası haqqında məlumat ötürə bilir.
Carrier IQ nəinki istifadəçinin sms, telefon danışıqları barədə məlumat toplayır hətta telefonun hər düyməsinə toxunuşu belə qeydə alınır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*