Home » Şou biznes və Mədəniyyət, Ümumi » Sami Yusuf Azərbaycana olan sevgisini bir daha sərgilədi
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Sami Yusuf Azərbaycana olan sevgisini bir daha sərgilədi

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Sami_Yusuf“Həyatıma baxdıqda çox məyus olduğum bir şey var, mən Azərbaycan dilini çox yaxşı bilmirəm”. Bu fikirləri bir neçə gündür Türkiyədə səfərdə olan dünya şöhrətli Azərbaycan əsilli müğənni Sami Yusuf keçirdiyi mətbuat konfransında səsləndirib.
AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, “Salaam” albomunun tanıtımı üçün mətbuat konfransı keçirən Sami Yusuf Türkiyə telekanallardan birinə müsahibə verərkən maraqlı çıxışları ilə yadda qalıb: “Həyatıma baxdıqda çox məyus olduğum bir şey var, mən Azərbaycan dilini çox yaxşı bilmirəm. Fəlsəfi baxımdan baxacaq olsaq, İngiltərə çox gözəl bir ölkə, onu sevirəm. İngiltərədə böyüdüm küçələri, məhəllələri bilirəm, orda gəzməyi sevirəm. Ancaq mən ingilis deyiləm və olmaq da istəmirəm. Mən İngiltərə dövləti vətəndaşıyam. Mən öz əslimə (azərbaycanlı) sahib bir insanam.
Sami Yusuf “İslamın rok ulduzu” kimi tanınmasına da münasibət bildirib: “Nə popçuyam, nə rokçu. Mən çox klassik ənənəvi musiqini, sufi musiqisi sevirəm. Klassik musiqi də dinləyirəm. Bu musiqilər adına təhsil aldım. Mənim tərzim rok deyil. Mənə baxdığınızda bunu açıq bir şəkildə görürsünüz. Mən ənənəvi bir insanam. Çox müasir fikirli deyil, daha ənənəvi olmağı sevirəm” deyə danışdı.
Mətbuat konfransından sonra isə bir mərkəzdə “İmza günü” keçirilib. Pərəstişkarlarına imzalı albom verən Sami Yusuf Vətəni Azərbaycanı da unutmayıb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*