Home » Şou biznes və Mədəniyyət, Ümumi » Səfurə Əlizadə: Qatarlarda yatmağa öyrəşmişəm

Səfurə Əlizadə: Qatarlarda yatmağa öyrəşmişəm

Bu ay Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə Almaniyaya səfər edib.
Bu səfər Səfurə Əlizadənin və onun ifa edəcəyi “Drip drop” mahnısının tanıdılması məqsədilə həyata keçirilib.Təmsilçimiz, Almaniyanın Münhen, Köln, Berlin və Hamburq şəhərlərində promo-aksiyalar həyata keçirib, canlı verilişlərdə qonaq olub. AgahMedia.Com portalının “Radio Antenn”ə istinadən məlumatına görə, S. Əlizadə bildirib ki, bu həyat onu heç də yormur və o, “Eurovision-2010” müsabiqəsi uğurla başa çatdıqdan sonra istirahət edəcək: “Mən artıq qatarlarda yatmağa öyrəşmişəm. Bu heç də məni sıxmır və yorğun deyirəm. Əksinə bu həyat məni cəlb edir və ölkəmizi layiqincə təmsil etmək üçün əlimdən gələni edirəm. Çox şadam ki, “Drip drop” mahnısından bütün insanların xoşu gəlir. Bunu görmək çox gözəl bir hissdir. Görürəm ki, insanlar əziyyətimizi qiymətləndirirlər. Sadəcə təəssüflənirəm ki, mən promo-tur çərçivəsində olacağım ölkələri gəzə bilməyəcəyəm, çünki buna vaxtım olmayacaq”. Təmsilçimizin sözlərinə görə, o, 55-ci “Eurovision” müsabiqəsi başlayana qədər promo-turlarda olacaq. S. Əlizadə sıx proqrama baxmayaraq vokal məşqlərini, ingilis dili dərslərini davam etdirəcəyini qeyd edib.Hazırda Almaniyada səfərdə olan Azərbaycanın müsabiqə təmsilçisi Almaniyanın “DPA” agentliyinə, “Berliner Zeitung”, “Welt am Sonntag” qəzetlərinə müsahibələr verib, “BLR”, “RPR” televiziya kanallarındakı şoularda iştirak edir. Bu gün Almaniyada səfərini başa vuracaq Azərbaycanın “Eurovision” təmsilçisi promo-tur çərçivəsində Niderland, Yunanıstan, İsveçrə, Belçika, Polşa və Rusiyaya səfər edəcək.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*