Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » Səyyar “ASAN Xidmət” Şəkidə

Səyyar “ASAN Xidmət” Şəkidə

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_ASAN_Xidmet_Logosu

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.
Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda Astara, Qəbələ rayonunda Qəbələ , Kürdəmir rayonunda Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam , Lənkəran şəhərində Lənkəran və Lerik, Yevlax rayonunda Mingəçevir və Yevlax, Cəlilabad rayonunda Cəlilabad və Biləsuvar, İmişli rayonunda isə İmişli rayonunun sakinlərinə Səyyar “ ASAN Xidmət” göstərilmişdir.
AgahMedia.Com informasiya portalının “ASAN Xidmət”dən aldığı məlumata görə, 19.10.2013 – 02.11.2013 tarixlərində Şəki və Oğuzun ümumi sayı 215000-dən çox olan sakini Səyyar “ASAN Xidmət”dən Şəki şəhərində yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

Sürücülük vəsiqələrinin dəyişdirilməsi

Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi

Əmək pensiyalarının təyin edilməsi

Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

Xatırladaq ki, Səyyar “ASAN Xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
İndiyədək Səyyar “ASAN Xidmət” çərçivəsində 16 məntəqədə 28 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilmişdir. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar “ASAN Xidmət” in göstərilməsi planlaşdırılır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*