Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Sənaye məhsullarının qiymətləri bahalaşıb


Дешевые Авиабилеты Онлайн ... >>>



Sənaye məhsullarının qiymətləri bahalaşıb

AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə,iyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1,4 faiz bahalaşıb. Ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 1,9 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 1,0 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iyul ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 99,3 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri mebel istehsalı üzrə 2,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,9 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,6 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,3 faiz, içki istehsalı üzrə 0,2 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,1 faiz bahalaşıb, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 11,4 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 5,7 faiz, tütün məmulatlarının istehsalı üzrə 4,2 , kimya sənayesi üzrə 3,8, metallurgiya sənayesi üzrə 3,5, toxuculuq sənayesi və maşın və avadanlıqların istehsalı üzrə 1,5 faiz, qida məhsullarının istehsalı üzrə 1,3 faiz, geyim istehsalı üzrə 1,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,6 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,2 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 0,1 faiz ucuzlaşıb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*