Home » İdman, Ümumi » Rusiyanın “Zenit” klubu danışılmış oyunlarda ittiham edilir

Rusiyanın “Zenit” klubu danışılmış oyunlarda ittiham edilir

UEFA 2008-ci ildə Rusiyanın “Zenit” klubunun UEFA kubokunun qazanması faktı ilə bağlı aktiv şəkildə araşdırmalara başlayıb.

 İspaniya mətbuatının yaydığı məlumata görə, 2008-ci ildə UEFA kubokunun yarımfinal qarşılaşması olan “Bavariya” – “Zenit” və “Zenit” – “Qlazqo Reyncers” final matçının nəticəsinin saxtalaşdırıldığı ehtimal edilir. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, “Bavariya” və “Qlazqo Reyncers” klubunun nümayəndələri ilkin olaraq bu ehtimallara reaksiya göstərərək heç bir saxtalaşdırma faktının olmadığını bildiriblər. “Zenit” klubunun direktoru Maksim Mitrafanov da UEFA-nın araşdırmalara başlamasından sonra Rusiya klubunun heç bir danışılmış oyunlara getmədiyini və UEFA kubokunu heç bir saxtakarlığa yol vermədən qazandıqlarını bəyan edib. Xatırladaq ki, “Zenit” 2008-ci ildə UEFA kubokunun yarımfinalında Almaniyanın “Bavariya” klubunu 4:0, finalda isə Şotlandiyanın “Qlazqo Reyncers” kollektivlərini 2:0 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdı.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*