Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Rusiyada taxıl ixracına qadağa dünya taxıl qiymətini qaldırdı

Rusiyada taxıl ixracına qadağa dünya taxıl qiymətini qaldırdı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Rusiyanın taxıl ixracına qadağa qoyması dünya bazarında taxılın qiymətini əhəmiyyətli dərəcədə qaldırıb. Rusiya dünyada əsas taxıl ixracatçılardandır. Ölkə bu il təxminən 20 milyon tonn taxıl ixrac etmək istəyirdi. Moskvanın taxıl müştəriləri arasında Azərbaycan da var, ötən mövsümdə o 1,3 milyon tonn rus taxılını idxal edib. Rusiyalı şərhçilərinə görə, Moskvanın son qərarı onun üçün həm imic itkisidir həm də onu tutulmaş bazarlardan mərhum edə bilər. Ancaq eyni zamanda qeyd olunur ki, bu addım məcburidir, hökumət daxildə mümkün taxıl qıtlığından narahatdır. Görünməmiş uzunmüddətli istilər və davamlı quraqlıq Rusiyanın bu ilki məhsul perspektivlərini xeyli aşağı edir. Deyək əgər 2008-ci ildə taxıl məhsulu rekord 108 milyon tonn olubsa, yaxud da ötən il təxminən 100 milyon tona yaxın olubsa indi ən yaxşı halda 70-75 milyon tonn gözlənilir. Əvvəlki illərin bol məhsulundan istifadə edən Rusiya qətiyyətlə dünya taxıl bazarına çıxaraq dünyanın aparıcı 3 taxıl ixracatçısı siyahısına düşmüşdü. Ötən mövsümdə Rusiyanın ixracı 17 milyon tonu keçmişdi, bu il isə ölkə daha artıq taxıl satmaq istəyirdi. Rusiyanın əsas müştəriləri Aralıq dənizi hövzəsi, Yaxın Şərq ölkələri, habelə MDB dövlətləridir. İTAR-TASS agentliyinin yaydığı məlumata görə, deyək Rusiya Türkiyənin əsas xarici taxil təhcizatçısıdır. İldə bu ölkəyə Rusiyadan 2,4 milyon tonn taxıl gəlir. Azərbaycan da Rusiyanın aparıcı müştərilərindədndir, ötən il ora 1,3 milyon tonn rus taxılı göndərilib. Rusiya Taxıl İttifaqından Anton Şaporin son qadağanın Moskvaya təsirini belə görür:”Dünya bazarında Rusiyanın imicinə ciddi mənfi təsir olacaq. Bizim yerimizi fransızlar, amerikalılar tutacaq. Sonra onları yenidən bazarlardan çıxarmaq lazım olacaq. Rusiya uzun illərdi ki böyük çətinliklə öz bazarlarını tuturdu”, deyir cənab Şaporin. Agro.ru online layihəsinin rəhbəri Aleksey Bujbitskiyə görə, taxıl istehsalçıları və ixracatçıları imic itkiləriylə üzləşsələr də müəyyən uduşlar da əldə edə bilərlər: “İndi dünya bazarlarında qiymət artır, odur ki, istehsalçılara bu xeyirdi. Qiymət daxili bazarda da qalxacaq və artıq bəzi istehsalçılar taxılı saxlayıb indi satmırlar və qiymətin daha da artımını gözləyirlər”, deyir cənab Bujbitskiy. Öz növbəsində Anton Şaporinə görə, indi artıq əhali arasında müəyyən panika da başlayır, beləki, camaat qıttıqdan və ifrat qiymətlərdən qorxur: “Camaat böyük həcmdə taxıl məhsullarını alır, bu artıq baş verir. Aclıqdan qorxurlar, aydındır ki, heç bir açlıq olmayacaq”, deyir Anton Şaporin. Hökuməti narahat edən də elə mümkün qıtlıq və ondan törənəcəq ifrat qiymətlərdi. Bunun üçün ixrac dayandırılır. Eyni zamanda qeyd olunur ki, əgər vəziyyət daha da gərginləşsə hökumət öz strateji ehtiyyatlarını da istifadə edə bilər. Bu isə 20 milyon tonndan artıq taxıldır. Odur ki, rəsmilər deyirlər ki, ölkə taxıl qıtlığıyla üzləşməyəcək.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*