Home » Beynəlxalq, Ümumi » Rusiyada spirtli içkilərin satışına qadağa qoyan qanun layihəsi…

Rusiyada spirtli içkilərin satışına qadağa qoyan qanun layihəsi…

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Rusiya ərazisində axşam 23-dən səhər saat 8:00 kimi spirtli içkilərin satışına qadağa tətbiq olunacaq .
Rusiyanın alkoqol bazarını tənzimləyən dövlət qurumu hökumətə qanunvericiliyə yeni dəyişikliklər paketi təqdim edib. Qanun layihəsi gecə saatlarında alkoqol içkilərinin satışını qadağan edir. Qeyd edək ki, 5%-lik dərəcədən yuxarı pivələrə də şamil olunacaq qadağalar yalnız ictimai iaşə obyektlərində qüvvədə olmayacaq. Qadağalar axşam 23-dən səhər saat 8:00 kimi tətbiq olunacaq. Alkoqol satışının məhdudlaşdırılmasını hökumətə Rusiya prezidenti Dmitri Medvedev tövsiyə edib. Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin məlumatına görə, hər il bu ölkədə adambaşına 15 litrdən çox təmiz alkoqol istehlak olunur.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*