Home » Beynəlxalq, Siyasət, Ümumi » Rusiyada müsəlmanlara qarşı təzyiqlər araşdırılır
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Rusiyada müsəlmanlara qarşı təzyiqlər araşdırılır

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Rusiyanın Voronej vilayətinin prokurorluğu yerli milisin müsəlmanların anket məlumatlarını istəməsi haqda hərəkətlərini yoxlayır. Milis yerli müsəlman təşkilatına xüsusi məktub göndərərək onlardan müsəlmanların sayı, kimliyi, hansı təriqətlərə mənsub olması haqda məlumatlarla bölüşməyi xahiş edib.
Müsəlman təşkilatı vicdan azadlığı qanununa istinad edərək belə məlumatları ötürməkdən imtina edib. Milisdə deyirlər ki, bütün bunlar operativ vəziyyətin öyrənilməsi üçün edilir və məktub ancaq xahiş formasını daşıyır.
Rusiyanın mərkəzindəki iri şəhərlərdən sayılan Voronejdəki müsəlman təşkilatında bildirirlər ki, ötən ayın sonundan etibarən onlara milisdən bir neçə məktub gəlib.
Burada müsəlman təşkilatından şəhərdəki müsəlmanlar haqda məlumatları milisə ötürmək xahiş olunur.
Qeyd olunur ki, milisi müsəlmanların sayı, onların kimliyi, iclasların harada keçirilməsi, müsəlman təşkilatlarının kim tərəfindən maliyyələşdirilməsi maraqlandırır. Habelə maraqlandırılan məqamlar arasında yerli əhalidən islamı qəbul etmişlər haqda məlumatlar da var.
Hüquq mühafizə orqanlarında müvafiq xahişin mövcudluğunu təsdiq ediblər. Düzdür, burada deyilir ki, bu ancaq xahişdir və qətiyyən məcburedici xarakter daşımır.
Müsəlmanlar isə işlə bağlı heç bir təyziqlərə məruz qalmayacaqlar. Milisdə deyilir ki, bütün bunlar şəhərdəki operativ vəziyyətin öyrənilməsi üçün edilir və dindarların hüquqları pozulmur.
Bir sıra yerli dindarlar və insan haqları müdafiəçiləri isə deyirlər ki, onların hüquqları pozulur, odur ki, Voronej müsəlmanları “Vicdan azadlığı və dini birliklər haqda” federal qanunu əsas tutaraq milisə məlumatları ötürməkdən imtina edib.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Moskvadakı Ümumruisya Azərbaycan Konqresi nəzdindəki Hüquqların Müdafiəsi Mərkəzinin başçısı İlqar Hacıyev da işdə qanunsuzluq gördüyünü deyir. O ölkədə 2 həftə öncə bitmiş əhalinin ümumi siyahıya alınması zamanı belə dini mənsubiyyət məsələsinin soruşulmadığını vurğulayır.
Öz növbəsində yerli milis operativ-axtarış fəaliyyəti haqda qanuna istinad edir. “Qeyri-leqal miqrasiyaya qarşı” hərəkətin yaradıçısı Aleksandr Belov milisin motivlərini belə görür:
“Voronejdəki milisin motivləri aydındır. Terror təhlükəsi mövcuddur, son zamanlar slavyanların vəhhabi və eksstremist dini təşkilatlarına keçidi prosesi xeyli qüclənib. Bu təşkilatlar Rusiyanın hansısa ərazilərində zor yoluyla hansısa xilafətin qurulmasını özlərinə məqsəd qoyurlar. Odur ki, indi orqanlar qaça qaça düşüb belə addımlara əl atırlar. Düzdür, bu addımların forması bəzən sullar doğurur”, deyir cənab Belov.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Rusiya İslam Komitəsinin başçısı Heydər Camalın fikrincə, milisin Voronej müsəlmanlarına məktubu Rusiyadakı əvvəlki qaydaları yada salır:
“Biz o zamlara qayıdırıq ki, insanlar kateqoriyalara bölünürdü. Deyək xalq düşmənlərinin qohumları, qolçomaqların uşaqları, sürgündə olanlar. İndi müsəlmanlar da operativ maraq kəsb edən bir kateqoriyaya çevrilirlər. Öz tarixi torpağında yaşayan tatar, bulqar operativ vəziyyətə aidiyyatı olan bir kateqoriyaya çevrilir. Əlbəttə, bu ilk növbədə müsəlmanlara zərbədir, amma bu o demək deyil ki, kateqoriyalaşma prosesi başqa rusiyalılardan da yan keçəcək”, deyir Heydər Camal.
Hələlik isə xəbər verildiyinə görə, Voronej prokurorluğu milisin müsəlmanlara göndərdiyi xahişinin nə dərəcədə qanuni olmasını yoxlamağa başlayıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*