Home » Beynəlxalq, Siyasət, Ümumi » Rusiyada miqrantlardan barmaq izləri götürüləcək


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Rusiyada miqrantlardan barmaq izləri götürüləcək

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Rusiya Dövlət Duması miqrantlar üçün ödənişli əmək patenti və mütləq daktiloskopiya, yəni əl izlərinin götürülməsi haqda qanun layihəsini əsas oxunuşda qəbul edib.

Bildirilir ki, bu addım miqrantların leqallaşması istiqamətində bir addımdır. Qeyd olunur ki, yeni qayda təxminən 3 milyon miqranta şamil ediə bilər.Əmək patentinin qiyməti 1000 rubl, yəni təxminən 30 dollar olmalıdır. Patent 1 aydan 3 aya kimi qüvvədə ola bilər və il ərzində bir neçə dəfə uzadıla bilər. Qayda Rusiyaya vizasız, yəni əsasən MDB ölkələrindən gələn miqrantlara şamil ediləcək. Özüdə söhbət Rusiyada bizneslə məşqul olan şəxslərdən, yaxud da hansısa təşkilatlarda qanuni işə düşəlmiş işçilərdən getmir. Patenti fərdi şəkildə kiminsə yanında deyək köməkçi, xadimə, tərbiyəçi, başğban və s. vəzifələrdə çalışan şəxslər almalıdırlar. Dumada bildirilir ki, bu kateqoriyaya aid şəxslər əsasən kölgədə qalır və vergilər ödəmir. Öz növbəsində “Miqrasiya və qanun” mərkəzinin direktoru Gövhər Curayeva əsas məqamı miqrantların leqallaşması və onlara düşən rüşvət yükünun azalmasında görür: “Hətta ödənişli şəkildə belə insanların qisa müddət ərzində leqallaşma imkanı olacaqsa bunu salamlamaq lazımdır. İnsanlara seçim hüququ veriləcək, onlar riskə düşməyə, qeyri-leqal şəkildə çöldə qalmaq, qanunsuz hərəkətlərlə məşqul olmaq yerinə leqallaşmaq hüququnu qazana bilər. Ümumən bu düzgün addımdır”, deyir xanım Curayeva. Öz növbəsində Moskvadakı Demoqrafik tədqiqatlar institutunun direktoru İqor Beloborodov işə mənfi yanaşdığını bildirir:”Ümumən milyonlarla rusdilli həmvətənlinin Rusiyada özünə yer ala bilməməsi şəraitdə xarici miqrantlara qanuni yüngülləşdirmələr vermək sinizmdır. Miqrasiya seçimli olmalıdır. MDB ölkələrindəki milyonlarla rusdilli öz vətəninə gəlib burada vətəndaşlıq ala bilmir. Onlar üçün şərait yaradılmalıdır”, deyir cənab Beloborodov. Buna cavabda bir çox müşahidəçilər bildirirlər ki, miqrantlar heç kimin işləmək istəmədiyi yerlərdə işləyirlər. Hətta müəyyən həvəsləndirici tətbirlər belə çox vaxt onların tutduğu yerlərə böyük həvəs göstərənləri üzə çıxartmır. Yeri gəlmişkən, patent almaqdan ötrü miqrant mütlək şəkildə öz əl izlərini verməlidir və şəkil çəkdirməlidir. Bu məlumatlar xüsusi bazaya daxil ediləcək. Bəzi insan haqları müdafiəçilərinin zənincə, bununla miqrantların haqları pozulur. Düzdür, Rusiya rəsmiləri bəyan edirlər ki, məcburi daktiloskopiya dünyada geniş yayılmış təcrübədir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*