Home » Beynəlxalq, Siyasət, Ümumi » Rusiyada İran diplomatlarının bank hesabları donduruldu

Rusiyada İran diplomatlarının bank hesabları donduruldu

Martın 1-də Rusiyanın “VTB 24” bankı İranın Moskvadakı səfirliyinin işçilərinin hesablarını dondurub. AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, “VTB 24” bankından İranın Rusiyadakı səfiri Mahmudrza Səccadiyə deyiblər ki, səfirliyin işçiləri bank hesablarındakı vəsaitləri dərhal çıxartmalıdır.
Mahmudrza Səccadi bildirib: “Martın 1-i saat 15-də səfirlikdən bizə dedilər ki, səfirlik işçiləri axşam saat 18-ə qədər hesablarındakı pulları çıxarmalıdırlar, əks təqdirdə bütün hesablar dondurulacaq. Bank rəsmilərinə bildirildik ki, bunu qısa zamanda etmək mümkün deyil. Vaxt istədik. Lakin dedilər ki, bu mümkün deyil.
Mən əvvəlcədən qərarlaşdırılmış bir iclası ləğv etmək məcburiyyətində qaldım. Məsələni öyrənmək üçün durub birbaşa banka getsəm də, orada kredit kartımın dondurulduğunu öyrəndim. Məlum oldu ki, bank saat 18-ə qədər vaxt verməsi barədəki vədinə də sadiq qalmayıb. Mən “VTB 24” bankının azacıq xarici sərmayə üçün baş əyən, əxlaq prinsipləri və meyarlarını ayaq altına atan rəhbərliyinin bu əməlinə görə təəssüflənirəm”.
Mahmudrza Səccadinin bildirdiyinə görə, Rusiyanın “VTB 24” bankı ABŞ-ın İrana qarşı siyasətindən təsirlənərək belə bir addım atıb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*