Home » Beynəlxalq, Ümumi » Rusiyada ekstremist cinayətlərin sayı artıb


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Rusiyada ekstremist cinayətlərin sayı artıb

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Rusiyanın baş prokurorluğunda bildirirlər ki, son 5 ildə ekstremist cinayətlərin sayı təxminən 4 dəfə artıb. Ən problemli bölgələr arasında o cümlədən Moskva və Peterburqun adı çəkilir.
 Bu arada insan haqları müdafiəçiləri deyirlər ki, hazırda əksinə ekstremist hücumların sayı azalır, sadəcə əvvəlki vaxtlara nisbətən rəsmilər cinayətləri daha yaxşı qeydiyyata alırlar. Düzdür, eyni zamanda mütəxəssislər ekstremist qruplaşmaların daha da radikallaşmasını bildirirlər. Rusiya prokurorluğu yanında İstintaq Komitəsində hökumətin rəsmi orqanı olan “Rossiyskaya qazeta” nəşrinə bildiriblər ki, ötən il ekstremist cinayətlərin sayı 548 çatıb. Halbuki 5 il əvvəl rəsmən təxminən 4 dəfə az belə çinayət qeydə alınmışdı. İstintaq Komitəsinin sədr müavini Vasiliy Piskaryov habelə bildirib ki, cinayətləri əsasən ekstremist yönlü qeyri-formal qənclər təşkilatlarının üzvləri törədirlər. Göstərilir ki, bu təşkilatlar öz işində internetin imkanlarından geniş istifadə edirlər, belə ki hal-hazırda milli ədavəti qızışdıran 500-dən artıq internet saytı mövcuddur. Öz növbəsində insan haqları müdafiəçiləri deyirlər ki, hazırda əksinə ekstremist hucumların real sayı azalır, rəsmi rəqəmlərlin başqa tendensiyanı göstərməsini isə “Sova” insan haqları müdafiəsi təşkilatından Qalina Kojevnikova belə izah edir: “Milis statistikası qeydiyyata alınmış cinayətləri göstərir. Sadəcə indi belə cinayətləri daha yaxşı qeydiyyata alırlar”, deyir xanım Kojevnikova.

Mütəxəssislərə görə, əvvələr milli ədavət zəminində cinayət maddələriylə milis bir elə həvəslə iş açmırdı. Hər şey milli əsası olmayan deyək məişət cinayəti kimi qələmə verilirdi. İndi milli ədavətin qızışdırılması maddəsi daha geniş istifadə olunur.
Xatırladaq ki, bu maddəylə cəzalar da daha sərtdir. O cümlədən bu səbəbə görə, insan haqları müdafiəçilərin özləri deyirlər ki, ekstremist basqınların sayı bir qədər azalıb. Eyni zamanda, məsələn, Moskva insan haqları bürosunun rəhbəri Aleksandr Broda görə, millətçilər öz taktikasını dəyişir, milli azlıqlara basqınlar artıq onların əsas fəaliyyət növü deyil: “Millətçi radikalizm faktiki terrorizmə keçir. Bu onların tərtib etdiyi düşmənlər siyahısında görünür. Burada onlar tək insan haqları müdafiəçiləri, jurnalistləri zor tətbiq edilmə hədəfi kimi seçmirlər. Burada milis nümayəndələri, prokurorlar, hakimlər də var. Yəni millətçi radikallar özlərini ciddi ambisiyalara malik ciddi bir qüvvə kimi görürlər”, deyir cənab Brod. Qalina Kojevnikovaya görə, millətçilərlə rəsmi səviyyədə mübarizə xeyli ciddiləşib və bu da öz təsirini göstərir, lakin ancaq belə mübarizə problemi aradan götürməyəcək: “İfrat radikal qruplar boşluqda deyillər, onlar geniş sosial dəstəyə, rusiyalıların qüclü ksenofobiyasına söykənirlər. Bu əhval ruhiyyə dəyişməlidir. Bizdə belə bir fikir aşılanır ki, Rusiya düşmənlər mühasirəsindədir və daxili düşmənlər xarici düşmənlərə kömək edir. Belə yanaşma isə başqalarına qarşı münasibəti gərginləşdirir. Axı düşmən kimdir, o səndən zahiri görünüşüylə, diniylə seçilən bir şəxsdir, budur işin psixoloji əsası”, deyir xanım Kojevnikova.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*