Home » Beynəlxalq, Siyasət, Ümumi » Rusiya rəsmilərinin reytinqinin kəskin azaldığı bildirildi

Rusiya rəsmilərinin reytinqinin kəskin azaldığı bildirildi

Rusiyanın sosioloji xidmətlərinin məlumatına görə, meşə yanğınlarına ölkə hakimiyyətinin hazırsızlığı Rusiya ali rəhbərlərinə əhali arasında etimadı azaldıb. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,hakimiyyət Moskvada yaranmış vəziyyəti Fövqəladə vəziyyət kimi rəsmiləşdirməkdən çəkinir.Bu arada sosioloqlar qeyd edir ki, sorğuların nəticələri böhranın pik dövrünün təsadüf etdiyi Avqust ayının nəticələrini hələlik əks etdirmir. Politoloqlar tüstüdən boğulan Moskvada Fövqəladə vəziyyət rejiminin elan olunmamasını siyasi aksiya kimi dəyərləndiriblər. VCİOM mərkəzinin sorğusuna əsasən prezident Dmitri Medvedevin reytinqi 44%-dən 39%-zə qədər enib. Baş nazir Vladimir Putinin də reytinqi azalıb – 53%-dən 47%-zə dək.Digər sorğu mərkəzlərinin də buna bənzər nəticələr alınıb.Ümumiyyətlə, rəy sorğu mərkəzlərinə görə, prezident Medvedevin və Baş nazir Putinin reytinqləri hazırda son illərin ən aşağı nöqtəsinə enib. Politoloqların fikrincə, bu cür göstəricilər, hakimiyyətin yanğınların öhdəsindən gələ bilməməsidir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*