Home » Beynəlxalq, Siyasət, Ümumi » Rusiya miqrasiya qanunvericiliyni sərtləşdirir

Rusiya miqrasiya qanunvericiliyni sərtləşdirir

AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Rusiyada miqrasiya qanunvericiliyni pozan və məhkəmə qərarı ilə ölkəyə girişinə 5 il qadağa qoyulan əcnəbilərlə bağlı sərt qanun layihəsi hazırlanıb. Dövlət Dumasına təqdim olunan yeni qanun layihəyə əsasən, yolverdiyi qanun pozuntusuna görə, məhkəmənin qərarı ilə girişinə qadağa qoyulan şəxs 30 gün müddətinə ölkəni tərk etməsə o, ömürlük Rusiya ərazisinə buraxılmayacaq.
Yeni qanunda miqrantlar üçün bəzi istisnalar nəzərdə tutulub. Belə ki, səhhətində yaranan problemlərlə, yaxud təbii fəlakətlərlə və s. əlaqədar Rusiyadan çıxması mümkün deyilsə, ona müəyyən güzəştlər ediləcək.
Qeyd edək ki, rəsmi Moskva qeyri-leqal miqrantlara qarşı mübarizədə ciddi qanun pozuntularına yol verən şəxslərin ölkəyə girişinə qoyulan qadağanı 5 ildən 10 ilədək uzatmaq niyyətindədir.
Bir milyondan çox azərbaycanlının Rusiyada yaşadığını nəzərə alaraq sözügedən qanun ölkəmizdən təsirsiz ötüşməyəcək.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*