Home » Şou biznes və Mədəniyyət, Ümumi » Rusiya “Eurovision” a nənələri göndərəcək

Rusiya “Eurovision” a nənələri göndərəcək

Rusiyanın Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi müəyyənləşib. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, Rusiyanı Bakıdakı möhtəşəm şouda “Buranovskiye babuşki” qrupu təmsil etmək hüququ qazanıb. Qrup Bakıda “Party For Everybody!” mahnısı ilə çıxış edəcək. Eurovision 2012-nin Rusiya Milli Finalında təmsilçilik uğrunda 25 namizəd mübarizə aparıb. Nəticədə Udmurtiyanın “Buranovskiye babuşki” qrupu 38,51 bal toplayaraq rəqiblərini geridə qoyub. Rusiyanın Milli Finalında Eurovision 2012-də çıxış etmək üçün yarışanlar arasında Dima Bilan, Yuliya Volkova, Timati kimi tanınmış müğənnilər də olub. Rusiya təmsilçisi münsiflər və tamaşaçı səsverməsi nəticəsində müəyyənləşib.
70 yaşlı nənələr Eurovision fanlarına artıq 2010-cu ildən tanışdır. Həmin il Rusiyanın Milli Finalında çıxış edən qrupu Pyotr Naliç üstələyərək ölkəsini Eurovision Mahnı Müsabiqəsində təmsil etmişdi.
8 nəfərdən ibarət “Buranovskiye babuşki” qrupu Rusiyanın Udmurtiya Respublikasının Malopurqinsk rayonundandır. 2010-ci ildə Eurovision Milli Seçimlərində çıxış edən nənələri zaldakı tamaşaçılar ayaqüstə alqışlarla qarşılamışdı. Onların seçimlərdəki çıxışının videosunu isə bir sutka ərzində 30 mindən çox istifadəçi izləmişdi.
40 ildən artıqdır fəaliyyət göstərən “Buranovskiye babuşki” qrupunun üzvləri özlərini peşəkar saymırlar, amma hər şeyi sevə-sevə etdiklərini bildirirlər. Ən maraqlısı isə budur ki, ümumxalq sevgisi qazanan və bütün zalı coşqulandırmağı bacaran nənələr nəinki folklor, dünyaşöhrətli “The Beatles”, “Queen” kimi qrupların, Boris Qrebenşikov və Viktor Soyun repertuarından mahnılar da ifa edirlər. Amma doğma udmurt dilində .Qeyd edək ki, Rusiya Eurovision 2012-də mayın 22-də keçiriləcək birinci yarımfinalda çıxış edəcək.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*