Home » Beynəlxalq, Siyasət, Ümumi » Rusiya – Belarus münasibətləri gərginləşməkdədir


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Rusiya – Belarus münasibətləri gərginləşməkdədir

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Belarus müxalifətinin üzvləri Moskvada Rusiya rəsmiləriylə görüşüblər. 6 aydan sonra Belarusda prezident seçkiləridir və şərhlərə görə, prezident Aleksandr Lukaşenkodan bezmiş Moskva dəstəkləyə biləcəyi namizəd axtarışındadır.

Öz növbəsində rəsmi Minsk də cavabda geri qalmır. Rəsmi dövlət qəzetində Vladimir Putinə kompromat dərc olunub. Habelə dövlət televiziyasında Moskvanı xeyli tənqid edən Mixail Saakaşviliylə müsahibə verilib. Rusiya mətbuatı son vaxtlara kimi ən yaxın müttəfiq sayılan Belarusla hazırkı münasibətləri informasiya müharibəsi kimi qiymətləndirir. Necə deyərlər bu müharibənin qızğın stadiyasına Rusiyanın NTV telekanalında gedən “Xaç atası batka” adlı film olub.Üst üstə təxminən 1 saatdan artıq gedən 2 hissəli filmdə Belarus prezidenti sərt tənqid olunur. İttihamlar arasında ölkə daxilində siyasi rəqiblərin aradan götürülməsi, iqtisadi pozuntular və s. məqamlar var. Rəsmi Minsk ittihamları əsassız cəfəngiyat adlandlırıb. Biraz keçmiş isə Belarusun rəsmi dövlət televiziyasında Gürcüstan prezidenti Mixail Saakaşviliylə müsahibə verildi. Gürcüstan lideri Rusiyanı işqalçı adlandıraraq Moskvanın siyasətini sərt tənqid edib. Moskvada ən yaxın müttəfiq sayılan Belarusun dövlət televiziyasında Gürcüstan liderinin müsahibəsi son dərəcə qəzəblə qarşılandı. Bundan sonra faktiki əksər aparıcı Rusiya mətbu orqanları Belarus liderinin açıq tənqidinə keçdi. Belarusda isə bütün bunlara özünəməxsus cavab kimi baş nazir Vladimir Putinin fəaliyyətini xeyli mənfi qiymətləndirən araşdırma dərc olundu. Şərhçilərə görə, hazırda ən başlıca məqam gələn ilin fevralında Belarusda keçiriləcək prezident seçkiləridir. Son vaxtlara kimi həmişə Aleksandr Lukaşenkonu dəstəkləyən Moskva, rəylərə görə, indi yeni namizəd axtarışında ola bilər. Bu günlərdə Moskvada Aleksandr Lukaşenkonun mümkün 2 rəqibiylə Rusiya hökumətinin yüksək vəzifəli şəxləri qeyri-rəsmi görüş keçiriblər. 1 aydan sonra isə Moskvada Belarus müxalifətinin üzvləriylə daha geniş görüş gözlənilir. Moskvalı politoloq İrina Kobrinskaya Rusiyanın Belarusla bağlı məqsədlərini belə görür:”Moskva çalışır ki, prezident Lukaşenko öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Rusiya bu rejimi artıq öz hesabına saxlamaq istəmir”, deyir xanım Kobrinskaya. Rusiyada açıq bildirilir ki, son illər ucuz neft və qaz, habelə birbaşa maliyyə köməyi hesabına Belarus Moskvadan 50 milyard dollardan artıq pul alıb. Bir sıra müşahidəçilərə görə, bunun əvəzində Belarus tamamilə Rusiyaya inteqrasiya olunmalı və faktiki onunla birləşməliydi. Ancaq Belarus bəyan edir ki, o öz müstəqilliyini əldən buraxmaq istəmir və Rusiyayla iqtisadi birlik siyasi vahidliklə bitməməlidir. Mətbuata görə, bunu görən Moskva Belarusa çoxmilyardlıq köməyini kəsmək fikrinə gəlib. Bu isə neft və qazın Belarusa bazar qiymətiylə satılmasıdır. Hesab edilir ki, belə şəraitdə ipə sapa yatmayan prezident Lukaşenko üçün öz hakimiyyətini saxlamaq elə də asan olmayacaq.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*