Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Maraqlı, Texno, Ümumi » Rus şirkəti 2016-cı ildə kosmosda otel istifadəyə verməyi planlaşdırır


Дешевые Авиабилеты Онлайн ... >>>



Rus şirkəti 2016-cı ildə kosmosda otel istifadəyə verməyi planlaşdırır

Rusiyanın kosmik araşdırmalarla məşğul olan özəl şirkətlərindən biri açıq kosmosda otel yaratmaq niyyətindədir. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, “Orbital texnologiyalar” şirkəti bu oteli 2016-cı ildə istifadəyə verməyi planlaşdırır. Kommersiya Kosmik Stansiyasında (otel belə adlanacaq) yeddi kosmik turist üçün otaqlar nəzərdə tutulub. Bu otaqların illüminatorundan yerin bənzərsiz və cazibədar mənzərəsi görünəcək.
Oteldə istirahət ucuz başa gəlməyəcək. Böyük ehtimalla, uçuşun qiyməti 410 min dollar, 2 günlük istirahət haqqı isə 166 min dollar olacaq. “Orbital texnologiyalar” şirkətinin qonaqları müxtəlif təamlardan dadacaqlar. Amma alkoqollu içkilərdən istifadə onlar üçün qadağ ediləcək.
“Proqress” və “Soyuz” gəmilərinin xidmət göstərəcəyi otel təkcə istirahət üçün nəzərdə tutulmayıb. Burada elmi araşdırmalar da aparılacaqdır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*