Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Rusiya rublunun məzənnəsi kəskin ucuzlaşdı
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Rusiya rublunun məzənnəsi kəskin ucuzlaşdı

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_Rubl

Rusiya rublu dollar və avro qarşısında kəskin ucuzlaşıb.

AgahMedia.Com informasiya portalının “ANS Press”ə istinadən məlumatına görə, Rusiyada yarım saat ərzində dollar və avro 4%-ə qədər bahalaşıb. Moskva birjasında dolların məzənnəsi rubl ilə müqayisədə artaraq 84 rubl təşkil edir.

Avronun məzənnəsinə gəldikdə isə, o 3 rubldan çox artaraq 92,555 rubla çatıb. Bəzi ekspertlər tezliklə dolların 85 rubla, avronun isə 100 rubla satılacağını istisna etmirlər.
Sonuncu dəfə rublun məzənnəsi 1998-ci ildə belə aşağı olub.

Birjalarda baş verənlərə Rusiya Prezident Administrasiyası da münasibətini açıqlayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə valyuta bazarlarındakı kəskin dəyişmələri rublun çökməsi hesab etmirlər. Onun sözlərinə görə, hazırda Rusiya Mərkəzi Bankı bazarlardakı vəziyyəti diqqətlə izləyir. “Bazarlarda baş verən proseslər barədə prezidentə də məlumat verilir”.

Əslində, rublun dollar qarşısında zəifləməsi dünya bazarında neftin kəskin ucuzlaşması fonunda baş verir. Bununla bağlı Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin İsveçrənin Davos şəhərində Ümumdünya iqtisadi forumunda çıxış edərək neftin qiymətinin bir barelə görə 16-18 dollara qədər azalacağını deyib.

“Bu gün biz həqiqətən də bu məsələni sübut edəcək faktlar üzərində işləyirik. Deyə bilərəm ki, neftin qiyməti 18, hətta 16 dollara qədər aşağı düşəcək. Amma təbii ki, sonradan yenidən qalxacaq”, – deyə o bildirib.
Sabiq nazir onu da qeyd edib ki, rus rublunun aşağı səviyyəyə enməsi Rusiya iqtisadiyyatının cari şəraitə uyğunlaşmasına tez imkan verəcək. Bu, eyni zamanda bir-iki ilə iqtisadiyyatın yavaş-yavaş qalxmasına şərait yaradacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*