Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Rubl sürətlə ucuzlaşmaqda davam edir

Rubl sürətlə ucuzlaşmaqda davam edir

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_Rubl

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, rublun kursunu tənzimləmək məqsədilə Rusiya Mərkəzi Bankı dekabrın 1-də 700 milyon dollar həcmində müdaxilə edib.

Noyabr ayında Mərkəzi Bank rubl məzənnəsinin bazar ixtiyarına buraxdığını deyərək satışlara yalnız “maliyyə sabitliyinə təhlükə” təqdirində müdaxilə edəcəyini bildirmişdi.

Moskva birjasında keçən son ticarət sessiyasının nəticələrinə görə, rubla nisbətdə dollarla avronun da dəyəri artıb.

25 qəpik bahalaşan dolların kursu 54,1 rubla çatıb. 12 qəpik bahalaşan avronun dəyəri isə 66,77 rubl təşkil edib.

Bazar ertəsi dollar və avroya nisbətdə Rusiya valyutasının dəyəri 3-4 rubladək azalıb.
Bu, 1998-ci ildən bəri bir gün ərzində rublun ən kəskin ucuzlaşması olub.

Bir çox müşahidəçi dekabrın 1-də Mərkəzi Bankın müdaxilə etdiyini güman edib, lakin bu məlumat rəsmi təsdiqini yalnız çərşənbə günü tapıb.

Bazar ertəsi rublun məzənnəsini tənzimləmək mümkün olsa da ertəsi gün Rusiya valyutası dəyərini itirməkdə davam edib.

Bu təmayül çərşənbə günü də müşahidə olunub.

Noyabr ayında OPEK təşkilatı neftin ucuzlaşmasının qarşısını almaq üçün hasılatı azaltmamaq qərarına gəlib. Neft ixracatçıları qrupunun bu addımından sonra rublun qiymətdən düşməsi sürətlənib.

Ehtimal edilir ki, OPEK-in təsdiqlədiyi hasilat kvotaları ən azı yarım il ərzində qüvvədə qalacaq.

Bu arada öncəki gün kəskin şəkildə ucuzlaşan neft qiymətlərində çərşənbə günü artım müşahidə olunub. London birjasında Brent markalı neftin bir bareli 0,35 dollara bahalaşaraq 70,89-a çatıb.

Rusiya Maliyyə Nazirliyinin dəyərləndirməsinə əsasən neftin 30 faizədək ucuzlaşması Rusiya iqtisadiyyatında 90-100 milyard dollar həcmində itkilərə səbəb ola bilər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*