Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Rubl bahalaşmağa başlayıb

Rubl bahalaşmağa başlayıb

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_Rubl

Moskva birjasının bu gün keçirilən açılış sessiyasında rubl dollar və avroya nisbətən bahalaşmaqda davam edib. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, 1 dollar səhər keçirilmiş alqı-satqı əməliyyatlarında 52,5 rubldan da aşağı düşüb. Günortaya yaxın saatlarda isə 1 dolların dəyəri 52,36 rubl, 1 avro isə 64,2 rubl təşkil edib.

İqtisadçılar bildiriblər ki, rubla qarşı dollar və avronun bu dərəcədə aşağı enməsi dekabrın 4-dən bəri ilk dəfədir ki, qeydə alınıb.

Rusiya mətbuatında Rusiyaya qarşı sanksiyaların həmişə olduğunu və Rusiyanın bundan nəinki ziyan xeyir götürəcəyini iddia edən video yayılıb.

Rusiya Mərkəzi Bankının bundan əvvəl yaydığı məlumatına əsasən, dekabrın 18-19-da Maliyyə Nazirliyi ümumilikdə 920 milyon dollar dəyəri olan valyuta ehtiyatını bazara buraxmışdı.

Lakin MB etiraf edib ki, Rusiyanın beynəlxalq ehtiyatları 13-19-dekabrda 15,7 milyard dollar azalaraq 398,9 milyard dollara düşüb.

Qeyd edək ki, Rusiyanın beynəlxalq ehtiyatları Mərkəzi Bankın və Maliyyə nazirliyinin valyuta ehtiyatlarından, qızıldan ibarətdir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*