Home » Şou biznes və Mədəniyyət, Ümumi » Röya solo konsert verəcək

Röya solo konsert verəcək

AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, müğənni Röya ad günü ərəfəsində ikigünlük solo konsert verəcək.

Müğənni konserti haqqında keçirdiyi mətbuat konfransında ətraflı məlumat verib. Müğənni mətbuat konfransı başlar-başlamaz gecikdiyi üçün köməkçisi Kənanı danlayıb. Müğənni konsertin təşkilatçılığı ilə bağlı sualları əslində Kənanın cavablandırmalı olduğunu vurgulayıb: “Kənan ömrü boyu bütün sualları cababsız qoyur. Məcburam özüm cavab verim”.Müğənni 13-14 iyun tarixlərində “Yaşıl teatr”da “Sürpriz” adlı konsert verəcəyini deyib. Röya adından göründüyü kimi konsertində bir çox sürprizlərin olacağını söyləyib. Röya sürprizləri nə qədər gizli saxlamaq istəsə də, xasiyyəti buna imkan verməyib. Bir sözlə, müğənni bu konsertində qorxunc bir obrazda, vampir obrazında səhnəyə çıxacağını açıqlayıb. Daha bir sürpriz isə balaca Hüseynə həsr etdiyi “Şirinim” mahnısı olacaq. Mahnını Vüqar Camalzadə yazıb.Röyanın növbəti sürprizi indiyədək müraciət etmədiyi mahnı janrlarına müraciət etməsi olub: “Bu konsertdə elə mahnılar ifa edəcəm ki, hansı ki, 5 il bundan qabaq belə mahnıları oxumağa ehtiyat edərdim. Həyatımda birinci dəfədir ki, öz konsertimdə heç nəyə qarışmayacağam. Ancaq yeni duetlər və yeni mahnılar, bir sözlə yaradıcı tərəf mənlikdir. Bu konsert kişi tamaşaçılarımız üçün daha maraqlı olacaq. Səhnədə yalnız qadınlar olacaq, heç bir kişi sənətçisi ilə duet oxumayacam. “Sürpriz” konserti üçün rəqqasələri Ukraynadan gətirəcəm. Bizdə də rəqqasələr var, amma gözəl bədən quruluşu olan yoxdur. Bakıda çox gözəl qızlar var. Amma qəşəng qızlar evdə oturub. Gözəl bədənli rəqqasələrə ehtiyacımız var. Bizim rəqqasələr ildən ilə kökəlir və qarın, sinə buraxır. Rəqslərində dəyişiklik etməsələr də, xarici görkəmlərində dəyişiklik olur. Çəkiləri artdıqca da, qiymətlərini artırırlar. Mən də düşündüm ki, əgər bir ətək pul verəcəmsə, qoy səhnədə gözəl rəqqasələr olsun”.Müğənni elan edib ki, bu konsertində heç bir dostuna və ya tanışına dəvətnamə, bilet paylamayacaq: “İyunun 14-də ad günümdür. Dostlarım mənə bir ətir almaqdansa, gedib 50 manat biletə verib konsertimə gəlsinlər. Bu mənim üçün daha dəyərli hədiyyə olar”.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*