Home » Beynəlxalq, Siyasət, Ümumi » Robert İlatov: Knesset insan haqları üzrə beynəlxalq məhkəmə deyil və “erməni soyqırımı” ilə bağlı hər hansı qərar verməyə nə mənəvi, nə də hüquqi haqqı yoxdur

Robert İlatov: Knesset insan haqları üzrə beynəlxalq məhkəmə deyil və “erməni soyqırımı” ilə bağlı hər hansı qərar verməyə nə mənəvi, nə də hüquqi haqqı yoxdur

İsraildə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov parlamentin beynəlxalq münasibətlər komissiyasının sədri, “Bizim ev-İsrail” partiyasının parlament fraksiyasının rəhbəri Robert İlatovla görüşüb.
AgahMedia.Com portalının Diasporla İş üzrə Dövlət Komitəsinə aldığı məlumatına görə, görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əlaqələr və digər məsələlər müzakirə olunub. Knessetdə qondarma “erməni soyqırımı” məsələsinin müzakirəsinə toxunan İlatov bildirib ki, hazırda parlament proseduraları komissiyası “erməni soyqırımı” ilə bağlı layihənin konkret hansı komissiyada dinləmələrə çıxarılması məsələsini müzakirə edir: “Çox güman ki, bu məsələ mənim rəhbərlik etdiyim alt komissiyada qapalı şəkildə müzakirə olunacaq. Mən “Bizim ev-İsrail” partiyasının bu məsələ ilə bağlı mövqeyini mətbuatda ifadə etmişəm. Bildirmişəm ki, bizim partiya tarixi məsələlərin müzakirəsinə dair istənilən cəhdə qarşı çıxır. Knesset insan haqları üzrə beynəlxalq məhkəmə deyil və onun bu məsələ ilə bağlı hər hansı qərar verməyə nə mənəvi, nə də hüquqi haqqı yoxdur. Bizim mövqeyimiz bundan ibarətdir ki, bu məsələ ümumiyyətlə müzakirədən qaldılmalıdır”.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*