Home » Şou biznes və Mədəniyyət, Ümumi » Reper Dado: Rayon şoselərində eşşəklərə radar aparatı bağlayırlar

Reper Dado: Rayon şoselərində eşşəklərə radar aparatı bağlayırlar

Azərbaycan reperləri arasında Dado təxəllüsü ilə tanınan Səid yazdığı yeni treklə Dövlət Yol Polisi əməkdaşlarını kəskin tənqid edib. AgahMedia.Com portalının”SƏS” agentliyinə istinadən məlumatına görə, reper bildirib ki, trekdə heç bir təhqiredici ifadələrə rast gəlinmir: “Bütün dünyada, o cümlədən Azərbaycanda da qəbul olunub ki, reperlər hər zaman sözün düzünü söyləyirlər. Səhnədə olduğum bu illər ərzində bacardığım qədər çalışmışam ki, hər bir dinləyicimin ürəyindən xəbər verən həqiqəti onun özünə çatdırım. “QAİ” adlı rep-parçam sırf bəzi sürücülərin yollarda əsassız yerə Yol Polisi tərəfindən cərimələnməsi ilə bağlıdır. Belə bir söz işlədirəm ki, görmədim 1 dəfə remen taxan “qaişnik”, amma onlar sürücüləri 151.1 maddəsi ilə (sürücünün kəmər taxmamasına görə edilən cərimə) cərimədən yan ötə bilmirlər. Maraqlı və həm də paradoksal yanaşmadır, deyilmi?”. Söhbət zamanı, reper paytaxtdan kənar, xüsusilə rayon yollarında gizli yerlərdə qoyulmuş sürət ölçən radar aparatlarının gizli yerlərdə qoyulmasından da danışdı. “Azərbaycanın rayonlarına tez-tez avtomobillə səfər edən sürücülər yaxşı bilirlər ki, yollarda sürəti ölçən radar aparatları müxtəlif vasitələrlə gizlədilir. Çox vaxt rayon şoselərində eşşəklərə radar aparatı bağlayırlar. Bəli, bu həqiqətdir. Və ya bu aparatı kollarda gizlin şəkildə ağac kollarında yerləşdirilər. Yazdığım trekdə bu məsələyə də toxunmuşam. Ümidvaram ki, yaxın vaxtlarda dediyim bu sözlərdən sonra sürücülər az da olsa lazım olmayan cərimələrdən yaxa qurtara biləcəklər”.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*