Home » İdman, Ümumi » “Real” illik gəliri 400 milyonu ötən ilk komanda oldu

“Real” illik gəliri 400 milyonu ötən ilk komanda oldu

Məşhur auditor şirkəti olan “Deloitte” dünyada il ərzində ən çox gəlir əldə edən klubların siyahısını tərtib edib. İspaniyanın “Real” klubu ardıcıl olaraq beşinci il bu siyahıda birinci olub

Bununla yanaşı, “Real” illik qazancı 400 milyon avroluq həddi keçən ilk klub kimi də tarixə düşüb. AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə,“Real” bu gəlirlərin 40 faizini teletranslyasiyadan, 35 faizini bilet satışından, daha 25 faizini isə sponsorlardan əldə edib. İlllik gəlirə görə, ikinci yerdə digər İspaniya klubu “Barselona” yer alır. Xose Qvardiolanın başçılıq etdiyi klub bu mövsüm 365, 9 milyon avro qazanc əldə edib. Sonrakı yerlərdə müvafiq olaraq “Mançester Yunayted” (327 milyon avro), “Bavariya” (289 milyon avro), “Arsenal” (263 milyon avro), “Çelsi” (242,3 milyon avro), “Liverpul” (217 milyon avro), “Yuventus” (203 milyon), “İnter” (196,5 milyon avro) və “Milan” (196, 5 milyon) klubları yer alıb.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*