Home » Beynəlxalq, Siyasət, Texno, Ümumi » Rəsmi Vaşinqton “Twitter” və “Facebook” da kəşfiyyat aparır

Rəsmi Vaşinqton “Twitter” və “Facebook” da kəşfiyyat aparır

AgahMedia.Com informasiya portalının İTV-yə istinadən məlumatına görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) “Facebook” sosial şəbəkəsinin çatlarında və “Twitter”in mikrobloqlarında yazılanları izləyir. MKİ-nin Kəşfiyyat Mərkəzinin direktoru Dak Nakuin belə bir etiraf edib. Kəşfiyyatçılar şəbəkəyə “Qisasçı kitabxanaçılar” adı ilə girərək, bloqlarda yazılanlara əsasən insanların əhval- ruhiyyələrini müəyyələşdirir. Hər gün ərəb dilindən tutmuş çin dilinə qədər 5 milyondan artıq istifadəçinin yazıları təhlil edilir. D.Nakuin bildirib ki, ABŞ məhz sosial şəbəkələrdə aparılan kəşfiyyat nəticəsində Misirdə inqilab olacağını əvvəlcədən dəqiqləşdirib. Kəşfiyyat Mərkəzinin direktoru əldə olunan məlumatları hər gün ABŞ prezidenti Barak Obamaya təqdim etdiklərini açıqlayıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*