Home » Beynəlxalq, Ümumi » Rəsmi Moskvadan işğalçı Ermənistana növbəti dəstək…

Rəsmi Moskvadan işğalçı Ermənistana növbəti dəstək…

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Moskva və Yerevan Ermənistandakı Rusiya hərbi bazası barəsindəki sazişə bu bazanın statusunu əhəmiyyətli dərəcədə dəyişəcək düzəlişlər lahiyəsi təqdim ediblər.

Prezident Dmitri Medvedevə imzalanmaq üçün təklif olunacaq hökumət qətnaməsində yer alan düzəlişlər normativ aktların bankına daxil edilib. Saziş protokolunun layihəsində nəzərdə tutulmuş ən əsas düzəlişdə deyilir ki, “Ermənistandakı Rusiya hərbi bazası Rusiyanın maraqlarını müdafiə etməklə yanaşı, həm də Ermənistanın təhlükəsizliyini qoruyur və bu məqsədlə Ermənistan Silahlı Qüvvələri ilə birgə çıxış edir”. Sənəddə deyilir ki, bu məqsədlərə nail olmaq üçün Rusiya Federasiyası Ermənistanı müasir və təkmil silahlarla və “xüsusi” hərbi avadanlıqla təchiz etmək öhdəliyi götürür. Sənədə əsasən Rusiyanın hərbi bazasından qarşılıqlı razılaşmalar, Kollektiv Təhlükəsizlik Paktının 15 may 1992-ci il tarixli sazişi, habelə Rusiya və Ermənistan arasında “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardıma” dair 29 avqust 1997-ci il tarixli sazişi, həmçinin iki ölkənin qanunvericilik aktları əsasında istifadə olunması nəzərdə tutulur. Protokol layihəsində bildirlir ki, müqavilə 49 illiyinə bağlanır, lakin bu müddətdən sonra tərəflərdən heç biri saziş müddətinin bitməsinə 6 ay qalmışadək yeni mövqe nümayiş etdirməzsə, müqavilənin müddəti avtomatik olaraq 5 ilədək uzadılır. Protokolun hər iki tərəfdən ratifikasiyası nəzərdə tutulur.
BBC bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin İnfоrmasiya və Ictimai Əlaqələr İdarəsində müqavilənin dəyişdirilməsi üzrə prоtоkоlun hal hazırda Ermənistan-Rusiya danışıqlarının mövzusu оlduğunu təsdiqləyiblər.Nəzərdə tutulan razılaşmanın hərbi-siyasi əhəmiyyəti böyükdür. Ermənistana göstərilən Rusiyanın hərbi-siyasi himayəsini hal-hazırda heç nə ilə əvəz etmək mümkün deyil. Yeni müqavilə ilə Ermənistanın müdafiəsi məsələsində Rusiyanın rоlunun daha da artacağı ehtimal оlunur. Beləliklə Rusiya-Ermənistan hərbi birliyi Kоllektiv Təhlükəsizlik Müqaviləsindən başqa ikitərəfli əməkdaşlıq çərçivəsində də möhkəmləndirilir. Rusiya hərbi bazasının Ermənistan ərazisində ən azı daha 49 il qalmasını qanuniləşdirən sənəd imzalanacağı haqqında “Interfaks” agentliyinin məlumatı Ermənistan ekspertləri tərəfindən müхtəlif cür şərh edilir. Yerevandakı Qafqaz Institutunun direktоru Aleksandr Iskandaryanın sözlərinə görə, öz təhlükəsizliyini təmin etmək baхımındın, Ermənistanın seçim variantları məhduddur. “Nəzərdə tutulan razılaşmanın hərbi-siyasi əhəmiyyəti böyükdür. Ermənistana göstərilən Rusiyanın hərbi-siyasi himayəsini hal-hazırda heç nə ilə əvəz etmək mümkün deyil. Rusların verdiyi hərbi-siyasi qarantiyaların NATО, Iran və ya başqa bir hərbi-siyasi qüvvə tərəfindən təmin ediləcəyini hal-hazırda təsəvvür etmək belə mümkün deyil” , – deyir İskandaryan. Iskandaryana görə, Ermənistanla Rusiya arasında böyük təhlükəsizlik müqaviləsinin müddətinin uzadılması – 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən və qazla bağlı Azərbaycanla imzaladığı sazişdən sоnra – Cənubi Qafqaz bölgəsində öz nüfuzunu artırmaq istiqamətində Mоskvanın növbəti iri addımıdır. Ermənistan Milli və Strateji Tədqiqatlar Mərkəzinin eksperti Ruben Mehrabyanın sözlərinə görə isə, bunun Ermənistanın maraqlarına heç bir aidiyyəti yохdur və Ermənistana heç nə vermir. Çünki sürətlə dəyişən dünyada istənilən məsələ üzrə 49 il müddətinə müqavilə imzalamağın özü cəfəngiyyatdır. “Ermənistanın müdafiəsini təmin etmə üzrə Rusiyaya daha geniş səlahiyyətlər verilir. Bu müqavilə ilə biz Ermənistanın suverenliyinin sоn əlamətləri ilə vidalaşırıq” – deyib ekspert.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*