Home » Beynəlxalq, Siyasət, Ümumi » Rəsmi Moskva Londonu ittiham etdi

Rəsmi Moskva Londonu ittiham etdi

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Rusiya casusluq qalmaqalına dair Britaniyanın hesabatını rədd edib. Bu qalmaqal nəticəsində bu ölkələrdən hər biri ərazisindən digərinin diplomatlarını xaric edib.

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Britaniyanın xarici İşlər nazirliyi dünən açıqlayıb ki, kəşfiyyat xarakterli fəaliyyət göstərdiyinə dair danışlmaz dəlillərin əldə edilməsindən sonra bu ayın əvvəlində bir Rusiya diplomatını ölkədən xaric edib.
Ondan 6 gün sonra Rusiya Britaniyanın Moskvadakı səfirliyinin bir üzvünü ölkədən çıxarıb.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Rusiyanın bu gün yaydığı bəyanatda deyilir ki, Britaniyanın iddiaları əsassızdır və dostluqla uzlaşmır. Rusiya təəssüfləndiyini bildirib ki, London bu cür addımları iki ölkə arasında münasibətlərin düzəldiyi bir vaxt atır.
Rusiya ilə Britaniya arasında münasibətlər keçmiş Rusiya kəşfiyyatçısı Aleksandr Litvinenko 4 il bundan əvvəl Londonda zəhərləndiriləndən sonra gərginləşdi.
Moskva onu qətlə yetirməkdə şübhəli bilinən keçmiş KQB zabiti Andrey Luqovoyun Britaniyaya ekstradisiyasından imtina edib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*