Home » Beynəlxalq, Siyasət, Ümumi » Rəsmi Moskva Kosovonu tanımayacağını bəyan etdi
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Rəsmi Moskva Kosovonu tanımayacağını bəyan etdi

Rəsmi Moskva bəyan edib ki, onun Kosovonu tanımamaq siyasəti dəyişməz qalacaq.

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, bu bəyanatı Rusiyanın Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin Kosovoyla bağlı qərarındansonra yayıb. Moskvada bəyan edirlər ki, qərar tövsiyyə xarakteri daşısa da təhlükəli presedent yaradır. Ancaq eyni zamanda o da qeyd olunur ki, separatçı Abxaziya və Cənubi Osetiyanı tanıyan Rusiya öz mövqeyini müdafiə etmək üçün sanballı arqumentə yiyələnir. Rusiya bəyan edib ki, Kosovonun müstəqillik aktını qanuni sayan BMT-in Beynəlxalq Məhkəməsinin qərarı Moskvanın mövqeyini dəyişməyəcək. O Kosovonu tanımaq fikrində deyil. Beynəlxalq Məhkəmənin apardığı araşdırma zamanı Rusiya Kosovonun müstəqilliyinin beynəlxalq hüquqa zidd olmasını bildirmişdi. Yeri gəlmişkən burada oxşar fikri 11 ölkə, o cümlədən Çin, Ispaniya, Braziliya, Rumıniya və Azərbaycan da izhar etmişdilər. Moskva mətbuatı mövzunu geniş şərh edir. Əsas vurğu da ona edilir ki, bu qərar separatizm üçün təhlükəli beynəlxalq hüquqi presedent yaradılır. “Vremya novostey” qəzeti öz məqaləsinə “Separat hökm” başlığı qoyub. Məqalədə qeyd olunur ki, 1945-ci ildən bəri ilk dəfə olalar ali beynəlxalq hüquqi instansiya BMT üzvü olan dövlətin tərkibindən həmin dövlətin razılığı olmadan ərazinin birtərəfli çıxmasıylıa razı olub. “Kommersant” qəzeti öz məqaləsinə “Separatizm qanun şəklinə salınıb” başlığı verir. Burada qeyd olunur ki, Rusiyanın mövqeyilə məhkəmə hökmü üst üstə düşməsə də, Moskva işdən müəyyən uduş da əldə edə bilər. Beləki, indi onun Abxaziya və Cənubi Osetiyanı tanınması işində sanballı arqumenti var. Bu arada arqument öz yerində, ancaq əksər şərhçilərə görə, birincisi, məhkəmə qərarı məcburedici qüvvəyə malik deyil. İkincisi isə, hər hansı bir tanınma işində ölkələr ilk növbədə ayrıca siyasi qərar çıxarırlar. Moskvalı şərhçi Andrey Areşevə görə, indi Cənubi Osetiya və Abxaziyanın geniş tanınmasını gözləmək düzgün deyil: “Zahirən və mahiyyət etibarıyla həm Kosovo həm də deyək Cənubi Osetiyayla Abxaziya məsələsi oxşardılar. Bu separatizmdir, metropoliyadan ayrılma cəhdidir. Ancaq prinsipial yanaşmada fərq var. Aparıcı Qərb ölkələri Kosovonu dəstəkləyirlər, Cənubi Osetiya və Abxaziya məsələsində isə Gürcüstanın ərazi bütövlüyü dəstəkləyirlər. İndi məhkəmə qərarından sonra da heç nə dəyişmir, Qərb deyəcək ki, Kosovo unikal haldır və bu halı nə Abxaziya, nə Cənubi Osetiya, nə Dağlıq Qarabağ, nə də başqa mübahisəli ərazilərə şamil etmək olmaz”, deyir cənab Areşev. İndi bir çox ekspertlər deyirlər ki, münaqişəli ərazilər probleminin artıq vahid qanuni həll düstürü yoxdur və həmişə unikal siyasi qərar çıxarılacaq. Politoloq Nikolay Zlobin getdikçə iqtisadi amilin aparıcı mövqeyə çıxdığını deyir: “Hərbi yolla belə münaqişələr heç zaman həll olunmur. Siyasi həll yolu da faktiki yoxdur. Yeganə pis-yaxşı işləyən mexanizm iqtisadi mexanizmdır. Hansı iqtisadi model daha cazibədar olsa sonda onu təlqin edən tərəf də qələbə qazanacaq”, deyir cənab Zloban.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*