Home » Beynəlxalq, Siyasət, Ümumi » Rəsmi Moskva: Dağlıq Qarabağın statusu danışıqlar nəticəsində müəyyən edilməlidir

Rəsmi Moskva: Dağlıq Qarabağın statusu danışıqlar nəticəsində müəyyən edilməlidir

AgahMedia.Com portalının BBC -yə istinadən məlumatına görə, Rusiya XIN-in rəsmi nümayəndəsi bu gün Dağlıq Qarabağda seçkilərlə bağlı şərhlə çıxış edib.

 Rusiya XİN-nin rəsmi nümayəndəsi Andrey Nesternko bildirib ki, “Dağlıq Qarabağın statusu danışıqlar nəticəsində müəyyən edilməlidir”. “Rusiya, eləcə də ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi birgə bəyanatla çıxış ediblər”. Bu bəyanatla ATƏT-in saytında tanış olmaq olar. Əlavə olaraq deyilib ki, “Moskva beynəlxalq hüququn digər əsas norma və prinsipləri kimi Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir”. Rusiya XIN rəsmisi qeyd edib ki, Moskva “Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır”. Rusiya XİN nümayəndəsinin qeyd etdiyi kimi, “Dağlıq Qarabağın gələcək statusu Minsk prosesi çərşivəsində tərəflər arasında siyasi danışıqların nəticəsində qüvvə tətbiq olunmadan müəyyən edilməlidir”. Bununla yanaşı, Moskva hesab etmir ki, münaqişənin dinc yolla nizamlanması prosesi Dağlıq Qarabağda seçkilərin keçirilməsindən asılı ola bilər. “Rusiyaya gəlincə, ölkə ATƏT-in Minsk Qrupunda həmsədrlik (Rusiya, ABŞ və Fransa) üzrə öz tərəfdaşları ilə sıx qarşılıqlı əməkdaşlıq şəraitində bundan sonra da Qarabağ düyününün kompromis yolla açılmasında azərbaycanlılara və ermənilərə yardım göstərəcək”,- şərhdə deyilir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*