Home » Beynəlxalq, Siyasət, Ümumi » Rəsmi Moskva Culian Assanjı müdafiə edir?

Rəsmi Moskva Culian Assanjı müdafiə edir?

Rəsmi Moskva Amerika diplomatiyasının məxfi teleqramlarının Vikiliks vebsaytında dərc edilməsinə münasibətini bildirərək saytın yaradıcısı Culian Assanjı bir növ qəhrəman kimi təsvir edib.

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,bəzi dünya liderlərindən fərqli olaraq Rusiyanın baş naziri Vladimir Putinə Vikiliks saytında dərc edilən açıqlamalardan hələlik deyəsən elə bir təsirli zərər vurulmayıb. Amerika diplomatlarının müxtəlif məxfi teleqramlarında Putin ingilis dilində “alfa -doq” sözləri ilə ifadə edilən üstünlüyə malik əsas yüksək rütbəli şəxs kimi, prezident Medvedevin Bətməni, yəni xilaskarı və vuran əli kimi, və hətta kuklaçı, yəni kuklaları idarə edən adam kimi göstərilir.
Mahiyyət etibarı ilə, bu cür istinadlar əslində tərifli dəyərləndirmə kimi görünür. Döğrudan da Rusiya bu məxfi teleqramlarda virtual mafia dövləti kimi təsvir olunur və bununla bağlı Vladimir Putinin belə bir quruluşda mafiyaya nə dərəcədə yaxın olması barədə suallar ortaya çıxır.
Lakin bu suallardan heç birinə konkret cavab verilmir. Ona görə də, yəqin ki, Rusiyanın baş naziri mərdlik və alicənablıq nümayiş etdirməyə qadir olduğunu göstərək Culian Assanjın müdafiəsinə qalxıb.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Vladimir Putin deyib ki, Culian Assanjın həbsi Rusiyanın tənqidçilərinin riyakarlığını nümayiş etdirdi. Onun fikrincə, əgər Qərb təsvir etdiyi kimi belə tam demokratikdirsə, onda niyə onlar Assanjı həbsxanaya salıblar? Bu demokratiyadırmı? – soruşur baş nazir. Yaranmış vəziyyəti Vladimir Purin “öz gözündə çöpü görməyən, başqasının gözündə tük axtarır” ifadəsi ilə səciyyələndirib.
Beləliklə, Rusiya rəsmiləri teleqramlarda onların ünvanına çıxa biləcək mümkün tənqidləri və mümkün utandırıcı şərhləri olduqca səliqəli və məharətlə sapdırmaqla onları Amerikanın özünə qaytarıblar. Ruslar üçün bu, Amerikanı pis vəziyyətdə qoyur, Rusiyanın isə üzünü ağardır.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,bir çox məlumatlarda Kremlin bir rəsmisinə istinadən deyilir ki, guya Culian Assanja Nobel Sülh Mükafatı verilməlidir. Bu göstərir ki, Moskvanın, ən azı hələlik, yumor hissi güclüdür. Amma kim bilir, sabah Rusiya və onun rəhbərləri haqqında hansı məlumatlar sızdırıla bilər? Və onda rusların öz yumor hissini qoruyub saxlaya bilib-bilməyəcəyini də heş kəs bilmir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*