Home » Beynəlxalq, Siyasət, Ümumi » Rəsmi Moskva Əhmədinejadı siyasi demoqogiyadan əl çəkməyə çağırdı

Rəsmi Moskva Əhmədinejadı siyasi demoqogiyadan əl çəkməyə çağırdı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Rusiya İranın tənqidlərini kəskin şəkildə rədd edib.

İran prezidenti Mahmud Əhmədinejad Kremli, onun təbirincə desək, İranın nüvə proqramı ilə bağlı sanksiyalar məsələsində Qərbi dəstəkləməsini sərt şəkildə tənqid etmişdi. Təhlilçilər bunun Tehran tərəfindən Moskvaya edilmiş ən ağır ittiham və tənqid hesab edirlər. Öz bəyanatında Əhmədinejad prezident Medvedevi təhdidlə xəbərdar edir. Moskva bu tənqidlərə cavab olaraq İran prezidentini siyasi demoqogiyadan əl çəkməyə çağırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mahmud Əhmədinejadın çıxışını “emosional” adlandırıb. O bildirib ki, Rusiyanın cidd-cəhdlərinə baxmayaraq İran ona göstərilən etimadı doğrultmayıb. “Son aylar, hətta illər ərzində, yumşaq desəm İranın ona göstərilən etimada cavabı qənaətbəxş olmayıb”- deyib Sergey lavrov. Lakin o, bunu da əlavə edib ki, Tehranda Braziliya və Türkiyənin iştirakı ilə İranın nüvə yanacağına dair mübadilə sazişi həyata keçirilərsə, böyük irəliləyiş olardı. “Mən bunları deyirəm ki, cənab Medvedev yaxşı eşitsin. Bu gün biz İran xalqına cənab Medvedevin hərəkətlərini izah etməkdə çətinlik çəkirik. Biz bu gün bilmirik ki, ruslar bizim dostumuzdur, qonşumuzdur, müttəfiqimizdir, yoxsa onlara başqa şey lazımdır” – bu sözləri isə Mahmud Əhmədinejad deyib. O, əlavə edib: “Biz belə həssas bir vaxtda qonşumuzun bizimlə 30 ildir ki, düşmənçilik edənlərin tərəfində olmasına göz yuma bilmərik. İran xalqı bunu qəbul etmir. Mən ümid edirəm ki, onlar hərəkətlərinə fikir verib, onları düzəldəcəklər”.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*