Home » Beynəlxalq, Siyasət, Ümumi » Rəsmi Bakı İrana nota verdi

Rəsmi Bakı İrana nota verdi

AgahMedia.Com informasiya portalının Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunan İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Məhəmmədbağır Bəhramiyə Azərbaycan tərəfinin etiraz notası təqdim edilib. Qeyd edək ki, buna İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan Respublikası rəhbərliyinin və xalqının ünvanına söylədiyi yersiz fikirlər səbəb olub.
Xarici İşlər Nazirliyinin Notasında İran rəsmisinin bu cür məsuliyyətsiz iftiralarına qəti etiraz bildirilir və İran mətbuatında Azərbaycan Respublikası xalqına və dövlətinə qarşı yönəldilmiş, milli mənafeyi və təhlükəsizliyinə zidd məlumatların yayımlanmasının, dövlətimizin daxili və xarici siyasətinin təhrif olunmasının ölkələrimiz arasında yaranmış dostluq və qarşılıqlı anlaşma və öhdəliklərlə ziddiyyət təşkil etdiyi vurğulanır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İran tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların verilməsinin qarşısının alınması və bu kimi addımların bir daha təkrar olunmaması istiqamətində İran İslam Respublikası tərəfindən qısa müddət ərzində müvafiq tədbirlərin görülməsini və sözügedən məsələyə aydınlıq gətirilməsi tələb olunub.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*