Home » Beynəlxalq, Siyasət, Ümumi » Rəcəb Tayyib Ərdoğandan aravuranlara sərt sillə…


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Rəcəb Tayyib Ərdoğandan aravuranlara sərt sillə…

(Ədil Ədilzadə, “Olaylar” İA)

Erməni lobbisi daha bir ağır zərbə aldı. Bu zərbənin müəllifi isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan oldu. Belə ki, Fransa Senatında qəbul olunan qanun layihəsi məsələsində Azərbaycanı Türkiyəyə dəstək olmamaqda suçlayan bir qrup antitürk əsilli türk yazarlar qələmə aldıqları məqalələrdə Azərbaycanı hədəf seçərək bu istiqamətdə əməli addım atmamaqda suçlayırdı. İşıq üzü görən məqalələr cəmiyyətdə çaşqınlıq yaratmaq, Azərbaycanla Türkiyə arasında mövcud olan siyasi, iqtisadi, mədəni, strateji tərəfdaşlıq əlaqələrinə kölgə salmaq və iki qardaş xalq arasında münasibətləri zəiflətmək nöqteyi-nəzərindən qələmə alınırdı. Əsas məqsəd Azərbaycanla Türkiyəni vahid siyasi xətdən yayındırmaq, onların arasında fikir ayrılığı yaratmaq, imkan daxilində ziddiyyətlərə, narazılıqlara yol açmaq, həmçinin ermənilərin maraqlarına uyğun olaraq yenidən Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması məsələsini gündəmə gətirmək idi. Təkcə yazılan yazılar deyil, eyni zamanda Türkiyədə təşkil olunan bir sıra etiraz aksiyalarında da Azərbaycan əleyhinə şüarlar səsləndirilirdi. Türkiyədə “Həpimiz erməniyiz, həpimiz Hrantız” şüarı ilə nümayişlərin təşkil olunması yuxarıda qeyd etdiklərimizə əyani sübutdur. Bütün bunların fonunda isə Türkiyənin baş naziri əsl türk oğlu türk olan Rəcəb Tayyib Ərdoğanın mətbuata verdiyi açıqlama erməni lobbisinə ciddi zərbə oldu. Baş nazir təkcə Fransa Senatında qəbul olunan qanun layihəsi deyil, bütün məsələlərdə Azərbaycanın Türkiyənin yanında olduğunu dilə gətirdi. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bu məsələ ilə bağlı bildirib: “Son günlər bəzi qəzetlərdən oxuyuram ki, Azərbaycan Türkiyəyə dəstək vermir. Bəsdir, yetər! Bizə qardaş Azərbaycanın dəstəyi lazımdır və bu dəstək var. İncidici ifadələr işlətməkdənsə, birləşmək lazımdır. Azərbaycan və Türkiyənin millət vəkilləri çalışacaqlar ki, Xocalı soyqırımı dünyada tanınsın. Düşmənlərimiz həmişə yetərincə olub. Azərbaycan bizim qardaşımızdır və qardaş çiyni həmişə bizimlədir”. Bu isə o demək idi ki, Türkiyə hakimiyyəti də erməni lobbisinin işini bilir. Türkiyə və Azərbaycan torpaqlarında məskunlaşaraq, özlərinə dövlət quran, sonralar isə hər iki türk dövlətinin torpaqlarını zəbt edərək öz ərazilərini genişləndirən ermənilərin əsl niyyəti son zamanlar uğurla inkişaf edən Türkiyə-Azərbaycan əlaqələrinə kölgə salmaq və cəmiyyətdə müəyyən çaşqınlıq yaratmaqla iki ölkənin gələcək perspektivlərini ayaq altına almaqdır. Təbii ki, erməni lobbisinin cılızlığı da onu göstərir ki, aparılan bu siyasət açıq müstəvidə deyil, pərdə arxasında qurulur, həyata keçirilir. Hər vəchlə iflasa uğrayan bu siyasətdən ibrət götürməyən ermənilər daha yeni üsullara əl atırlar. Əslində onların məramları bəllidir. Region üçün böyük bir bəla olan Ermənistan və eləcə də dünyanın fərli yerlərində məskunlaşan ermənilər və onların başbilənləri açıq-aydın bilir ki, Azərbaycan və Türkiyə birliyi real gücdür. Yəni bu birliyin daha da inkişaf etməsi gələcəkdə Ermənistan dövlətinin varlığını sual altında qoyur. SSRİ dağıldıqdan sonra müstəqilliyini bərpa edən Azərbaycan həyata keçirdiyi uğurlu daxili və xarici siyasətlə dünyaya çıxış imkanları əldə edib. Həyata keçirilən layihələrdən kənar da qalan Ermənistan isə bu məsələdə Azərbaycana uduzur. Yəni, tarixin müəyyən dövründə düyna birliyinin gözünə kül üfürən ermənilər dünyaya açılan Azərbaycanı qəbul etmir. Onlar çox gözəl bilir ki, müəyyən zamandan sonra bütün dünya erməni yalanlarını biləcək. Belə olan halda onların ən ali arzusu olan “Böyük Ermənistan” ideyası fiaskoya uğrayacaq. Eyni zamanda Türkiyənin ərəb ölkələrində həyata keçirdiyi siyasət, ABŞ-ın isə regionda Türkiyəyə böyük şans tanıması erməni lobbisini narahat edən digər mühüm faktordur. Bütün bunlara qarşı həyata keçirilən siyasət isə təbii ki, Türkiyə-Azərbaycan birliyinə kölgə salmaqdır. Bu birliyin daha da inkişaf etməsinin qarşısını almaqla bir növ hər iki dövlətin artan nüfuzunun birləşməsinə mane olmaqdır. İndi isə Türkiyə mətbuatında antitürk kompaniyası aparan həmkarlarımızın diqqətinə bir neçə məsələni çatdıraq. Bu da Azərbaycanın Fransa Senatında qəbul olunan qanun layihəsi ilə bağlı apardığı işlərlə bağlıdır. Qeyd edək ki, Fransa Senatında qəbul olunan qanun layihəsi hələ ilkin müzakirə olunan zaman Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yaydı. Eyni zamanda vətəndaş cəmiyyətinin fəal kəsimindən hesab olunan Qeyri Hökumət Təşkilatlarının bir çoxu bəyanat yayaraq, bir çoxu Fransanın ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçirərək məsələyə öz etirazlarını bildirdilər. Eyni zamanda siyasi partiyalar və Azərbaycan Milli Məclisi bununla bağlı ciddi addımlar atdı. MM-in sədri Oqtay Əsədov parlamentin son iclasında qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanunun ləğvi ilə bağlı Azərbaycanın mövqeyini daha aydın təzahür edib. Spiker qeyd edib ki, bu məsələ Türkiyə ilə yanaşı Azərbaycan üçün də prinsipial məsələdir. Azərbaycan dövləti bu məsələ ilə bağlı səmimi şəkildə mövqe nümayiş etdirib. “Bilirsiniz ki, Fransa parlamentində sözügedən qanunun ləğv olunması üçün 77 senator Konstitusiya Məhkəməsinə müraciət edib və onun nəticəsini gözləməliyik. Azərbaycan rəhbərliyi, Milli Məclis öz imkanları daxilində bu qanunun qəbul olunmaması üçün bütün vasitələrə əl atıb”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*