Home » İslam, Ümumi » Qurban kəsmək

Qurban kəsmək

“Qurban” – İslamın ən tanınmış ibadətlərindəndir.Qurban kəsmək İslam dininin gözəl əməllərindən, Allahu Təalaya yaxınlaşmağın vasitələrindən və Peyğəmbərimizin (s) əməllərindəndir.
Allahu Təala Qurani Kərimdə Əl-Kövsər surəsində buyurur ki; ﴾Rəbbinə namaz qıl və (qurban) kəs﴿. Belə ravayət edilir ki, “Rəsulullah (s) iki kök qoçu qurban kəsib…”
Həmçinin Peyğəmbərimiz (s) müsəlmanları qurban kəsməyə həvəsləndirmişdir. Buna dair rəvayət olunan hədisdə Rəsulullah (s) belə buyurub: “Qurban bayramı günü Allahu Təalaya, kiminsə qan tökməsindən (qurban kəsməkdən) daha sevimli əməl yoxdur. O (kəsilən qurban), qiyamət günü buynuzları, tükləri və cüt dırnaqları ilə gələcəkdir. (Qurbanın) qanı yerə axmamışdan əvvəl Allahu Təalanın qatında başqa yerə tökülür.Nəfsiniz bunu (qurbanı) xoşluqla qəbul etsin.”
Qurban kəsməyin hökmü
İslam alimlərinin rəyinə görə qurban kəsmək, Peyğəmbərimizin (s) etdiyi əməllərdəndir.
Qurban kəsənin ədəbləri
Bütün İslam alimləri, ortaq bir rəyə gəliblər ki, qurban kəsmək istəyən şəxsin Zilhiccə ayı girəndən Qurban kəsənə kimi dırnaqlarından və tüklərindən alması məkruhdur. Lakin bunu qurban kəsmək istəyən şəxs etməlidir, qurbanı öz əli ilə
kəsməyəcəksə, kəsdirəcəyi şəxs bunları etməməlidir. Saçdan, saqqaldan və bədənin tükündən, dırnaqdan almamaq
müstəhəbdir, amma bunu etmək haram deyildir.
Ailəyə bir qurban kifayətdir
Qurban kəsən şəxs özünün və ailəsinin adından bir qoyun kəsməsi kifayətdir. çünki Peyğəmbərimiz (s) özü və Əhli-Beyti adından bir qoç kəsmişdi. Əlbəttə inək, dana və dəvə də kəsmək olar. Alimlərin rəyinə görə 7 nəfər bir inəyin qurbanına şərik ola bilərlər. Fərqi yoxdur 7 nəfər özünün və ya özü ilə ailəsinin də adından kəsirsə.
Qurbanlıq heyvana aid şərtlər
Qurban kəsiləcək qoyunun yaşı 6 aydan çox, kəsiləcək inəyin yaşı 2 ildən çox və kəsiləcək dəvənin yaşı 5 ildən çox olmalıdır. Qurbanlıq qoyunun böyük, kök və gözəl olması müstəhəbdır (arzu olunandır). Az ətli, çox arıq, cılız, keyfiyyətsiz və sairə kimi eybləri olan heyvan qurban kəsilməməlidir. Peyğəmbərimiz (s) buyurub ki; “4 şey (eyib) var ki, qurbanlıqda (heyvanda) olmamalıdır: Açıq-aydın gözləri çəp olan, açıq-aydın xəstə olan, ağsadığı açıq-aydın görünən topal heyvan və təmizlənməsi çətin olan arıq heyvan. Ola bilsin ki, bəzi heyvanlar yaşlaşdıqca əti yeməli olmur. Məsələn bəzi yerlərdə inək 2 ildən çox qaldısa əti bərkiyir, ya da yeməli olmur. Bu halda daha münasib və daha çox əti olan inək kəsilməlidir. Yaxud da əgər 2 yaşı tamam olmuş erkək dana yoxdursa, 2 yaşı olanlar hamısı sağılan inəklərdirsə, bu zaman ziyan olmasın deyə ən böyük erkək dana kəsilə bilər, çünki şəriətdən əsas məqsəd qurbanlıq heyvanın çoxəti və sağlam olmasıdır.
Qurbanın dəqiq kəsilmə vaxtı
Qurban bayramından sonra qurban kəsilir, buna dair Peyğəmbərimizdən (s) rəvayət olunan hədisdə Peyğəmbərimiz (s) belə buyurmuşdur: “Kim (bayram namazından) namazdan əvvəl (qurban) kəsibsə, yerinə yenidən təkrar etsin” Başqa bir hədisdə də rəvayət olunduğuna görə Rəsulullah (s) belə deyib: “Bu günümüzdə (bayramda) ən birinci əda edəcəyimiz namaz, sonra (qurban) kəsməkdir. Kim namazdan əvvəl (qurban) kəsibsə sadəcə ailəsinə (ehsan olaraq) ət paylamışdır,bu, lazım olan (qurban) qaydalardan sayılmır.”
Qurban kəsdirənin kəsilən yerdə olması
Qurban kəsdirən şəxs özü kəsə bilmədiyindən heç olmazsa qurban kəsilən vaxtı həmin yerdə olmalıdır, bu müstəhəbdır.
Rəvayətə görə Peyğəmbərimiz (s) buyurmuşdur ki: “(Qurban) Kəsərkən orada olun, çünki (qurbanlıqdan) ilk damla qana
(axan kimi) görə bağışlanırsınız” Başqa bir rəvayətdə də Peyğəmbərimiz (s) Fatimeyi Zəhraya (r.a) deyib ki: “Qurbanın kəsiləndə orada ol, çünki ilk damla qan axan kimi bağışlanırsan”. Qurban kəsilən zaman qurbanın sahibi və kəsən şəxsin “Bismilləhi vallahu əkbər” deməsi müstəhəbdır. Qurban kəsdirən şəxsin bunu da “Allahummə həzə minkə va ləkə, Allahummə təqabbəl minni” deməsi müstəhəbdır. Mənası belədir: Allahım bu Səndəndir və Sənin üçündür, Allahım məndən qəbul et!” Peyğəmbərimizdən (s) rəvayət olunduğuna görə, O, (s) qoçu kəsərkən belə demişdir: “Allahım Muhəmmədin ailəsindən və Muhəmmədin ümmətindən qəbul et!” sonra qurbanı kəsmişdir.
Qurban ətinin paylanması
Müstəhab olardı ki, qurban kəsən şəxs qurbanlığın ətindən 3-də birini öz ailəsinə, 3-də birini yoxsul və ehtiyacı olan qonşularına, qohumlarına, yaxınlarına və 3-də birini də ehtiyacı olub istəyən imkansızlara versin. Allahu Təala əl-Həcc surəsinin 36-cı ayəsində buyururki: “Ondan (qurbanlıq ətdən) dilənçiyə (əl açıb istəyənə də) yedirin”. Peyğəmbərimiz (s) buyurub ki: “öz əhli beytinə (ailəsinə) 3-də birini, kasıb qonşularına 3-də birini yedirsin. Sorub istəyənlərə (dilənçilərə) də 3-də birini sədəqə etsin”. Qurban kəsdirən şəxs kəsdirdiyi adama qurbanlıqdan işinin əvəzi kimi heç nə verməli deyil. Qurbanlıqdan iş haqqı kimi kəsən adama vermək olmaz. Lakin kəsdirən adam kəsənin yoxsul və kasıb olduğuna görə ona ətdən pay kimi verə bilər, lakin bu iş haqqı olmamalıdır. Həzrət Əlidən (r.a) belə deyib ki; “Peyğəmbərimiz (s) mənə əmr etdi ki, dəvəni (qurban kəsərkən) işin üstündə durum, ondan kəsən adama heç nə verməyim.” Qurban kəsdirən şəxs həmçinin qurbanlığın nə ətindən nə də dərisindən satmamalıdır, lakin dərisindən özü faydalana bilər.
Allah qurban kəsənlərimizdən qurbanlarını qəbul etsin!

İstinad Mənbəyi:  Qafqaz Müsəlmanları Ruhani İdarəsi

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*