Home » Beynəlxalq, Siyasət, Ümumi » Qlobal yoxsulluq dərəcəsi yeni üsul ilə ölçüləcək
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Qlobal yoxsulluq dərəcəsi yeni üsul ilə ölçüləcək

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, dünyada Qlobal Yoxsulluq dərəcəsinin müəyyən edilməsinin yeni üsulu tətbiq edilməyə başlanır.

 Çox ölçülü Yoxsulluq İndexi adı daşıyan bu göstərici dünya boyu yoxsulluğun daha dəqiq mənzərəsini təsvir etməyə kömək edir. İndiyə qədər dünyada yoxsulluğun ölçüsü üçün cəmi bir parametrdən istifadə olunurdu – deyilirdi ki, adambaşına gündəlik qazancın 1 dollar civarında olması yoxsulluq əlamətidir. Lakin yoxsulluğun yeni üsulla ölçüsü, elmi dairələr tərəfindən uzun illər ərzində aparılmış araşdırmaların nəticəsidir. Alimlər hesab edir ki, təkcə qazancı ölçməklə, insanların nə dərəcədə yoxul olmalarını tam şəkildə əks etdirmək mümükün deyil.Tədqiqatçılar hesab edir ki, gəlirlə yanaşı, eləcədə təmiz sudan, kanalizasiya sistemindən, məqbul qiymətə elektrikdən istifadə etmək imkanları insanların malik olduqları rifah dərəcəsini daha dəqiq ölçülməsini təmin edir. Yeni indeks əsasında aparılmış ölçülərə görə, Efiopiada əhalinin 90 faizi yoxsul saylır. Halbuki tək gəlir ölçüsü əsasında müəyyən edilmiş yoxsulluq səviyyəsi bu ölkədə 38 faiz təşkil edib. Yeni index ölçüsü çərçivəsində ən yoxsul ölkə Niger olub – burada yoxsulluq dərəcəsi 93 faizdir. Dünyanın yoxsul əhalisinin 25 faizi Afrikanın payına düşür. Yoxsulların yarıdan çoxu isə Cənubi Asiyada yaşayır – Əsasən Hindistan və Banqladeşdə. MPİ kimi işarələn yeni yoxsulluq indeksi dünya boyu yoxsulluq ilə mübarizənin hədəflərini daha dəqiq müəyyən etməyə kömək edəcək.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*