Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilib

QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilib

AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Şura müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
Şura ilk növbədə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, İnsan hüquqları və demokratiya məsələlərinə dair təşəbbüslər istiqaməti üzrə bir layihəyə maksimum 10 min manat olmaqla 100 min manat, Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlərin təşkili istiqaməti üzrə 110 min manat, Təhsil və mədəniyyətin inkişafına ictimai dəstək istiqamətinə 90 min manat, “Eurovision- 2012” mahnı müsabiqəsilə bağlı keçirilən tədbirlərə ictimai dəstək istiqaməti üzrə 80 min manat, Ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması istiqamətində təşəbbüslərə 90 min manat, Qadın, uşaq və gənclərin inkişafına, ailə institutunun möhkəmlənməsinə ictimai dəstək istiqamətinə 90 min manat, Korrupsiya, insan alveri, narkomaniya və terrorizmlə mübarizəyə həsr olunmuş təşəbbüslərə dəstək istiqamətində 100 min manat, Region QHT-lərinin təşəbbüslərinə dəstək 240 min manat, Sosial problemlərin həllinə ictimai dəstək istiqaməti üzrə 100 min manat, Müharibədən zərər çəkənlərin sosial problemlərinin həllinə dəstək istiqamətində layihələrə isə 100 min manat ayrılıb. Müsabiqə siyasi və dini fəaliyyəti, ayrı-ayrı fərdlərə maddi yardım və təhsil üçün təqaüdlərə aid layihələri dəstəkləmir. Ərizələr 09 dekabr 2011-ci il tarixdən həftənin I-V günlərində (yalnız iş günləri) saat 10.00-dan 18.00-dək Şuranın ofisində qəbul olunur. Ərizə şəxsən təqdim edilməli və ya poçtla göndərilməlidir.
Ərizələrin qəbulu üçün son tarix bu il dekabrın 30-dək müəyyən edilib.
Ərizənin elektron formasını, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası ilə Şuranın www.cssn.gov.az və www.qhtxeber.az internet saytlarından tanış olmaq olar.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*