Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Bölgələr, Ümumi » Azərbaycana ən çox valyuta gətirən qeyri-neft məhsulları içərisində pomidor birincidir…

Azərbaycana ən çox valyuta gətirən qeyri-neft məhsulları içərisində pomidor birincidir…

AgahMedia.Com informasiya portalının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən aldığı məlumata görə, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ixrac həcmi 17,9 milyard ABŞ dolları təşkil edib və bunun 1 milyard 532 milyon ABŞ dolları qeyri-neft məhsullarının payına düşüb.
“2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 145 milyon ABŞ dolları və ya 10,5 faiz artıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 555,4 milyon, Türkiyəyə 321,3 milyon, İsveçrəyə 123,3 milyon, Gürcüstana 117,1 milyon və Qazaxıstana 41,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 11 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 12%, Türkiyəyə 22%, Qazaxıstana 42% artıb, İsveçrəyə 8%, Gürcüstana isə 3% azalıb.

2018-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (162,2 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 107,2 milyon ABŞ dolları) ikinci olub. Xurma isə (89,1 milyon ABŞ dolları) bu siyahıda üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə 2018-ci ilin yanvar-noyabr ayları ərzində meyvə-tərəvəz ixracı 495 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 110,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 106,6 milyon, elektrik enerjisinin ixracı 65 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 78,9 milyon, pambıq lifi ixracı 70,9 milyon, kimya sənayesi məhsullarının ixracı 73,3 milyon, pambıq ipliyi ixracı 21,3 milyon ABŞ dolları təşkil edib.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 11 ayında pambıq lifinin ixracı 2,5 dəfə, elektrik enerjisinin ixracı 58 faiz, pambıq ipliyinin ixracı 44 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 25 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 7 faiz, kimya sənayesi məhsulları 1 faiz artıb.”

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*